Ziddiyətli mesajlar: ABŞ və Çin masada anlaşa bilməyib?

ABŞ prezidenti Co Bayden və Çin dövlət başçısı Si Cinpinlə  dünən ABŞ-da görüşüb. Təxminən 4 saat davam edən görüşdə liderlər iki ölkə münasibətləri ilə yanaşı, Ukrayna-Rusiya və İsrail-Fələstin gündəmlərini müzakirə ediblər. Bayden açıqlamalarında "Bu, keçirdiyimiz ən məhsuldar görüş idi.   Bayden jurnalistlərə deyib ki, Si Cinpin ilə danışıqlarında Ukrayna və Qəzza kimi “qlobal məsələlər” də ön plana çıxıb.  

Məsələylə bağlı "Sherg.az"a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki,  Baydenlə Si Cinpinin görüşünün münaqişələrin həllində irəli addım hesab edilməsinin əsas səbəbi tərəflər arasında qarşıdurmanın miqyasının artmasıdır: 

“İndiki şəraitdə bu görüşdən meydana üç cür vacib qiymətləndirmə çıxır. Birincisi əzələ yoxlamasıdır. İkincisi həm ABŞ həm də Çinin  toqquşmalardan qaçmaq niyyətidir. Üçüncü isə yeni dünya nizamının formalaşmasında bölgü üçün yol tapmaq kimi önəmli məsələdir. Görüşün əsas predmentini İsrail  HƏMAS kimi qlobal savaş, Tayvan, Cənubi Çin dənizi, Rusiya Ukrayna müharibəsi kimi məsələlər  təşkil edib. Tərəflərin bu toqquşduğu mövzularla yanaşı Sakit Okean İş Birliyi Formunun da əməkdaşlıq platforması kimi önəmini gündəmə gətiriblər. Bu mənada irəliləyişlərdə əldə olunub. Görüşdən sonra tərəflərin bir-birlərinə ziddiyyətli mesajları diqqət çəkib. Proseslərin konteksində  ABŞ Prezidenti Bayden açıqlamalarında heç də masadakı kimi davranmadı. O Si Cinpini diktator adlandırdı.  Bunun özüdə masada müəyyən mövzularda  toqquşma nöqtələri yarandığının sübutudur”.