Finlandiya və Norveçin sərhədi bağlamasının Rusiyaya təsiri olmayacaq-Politoloq

Finlandiyanın ardınca Norveç də Rusiya ilə sərhədi bağlamağa hazırdır.
Bu barədə Norveçin Baş naziri Yonas Qara Styöre deyib.
O bildirib ki, lazım gəldiyi təqdirdə Rusiya ilə sərhəddəki “Sturskuq” nəzarət-buraxılış məntəqəsi bağlana bilər.
Styöre Finlandiya və Estoniyadakı situasiyanı diqqətlə izlədiklərini də vurğulayıb.
 
"Finlandiyanın ardınca Norveçin də Rusiyayla sərhəd bağlamasının Rusiya üçün heç bir təsiri olmayacaq". 
Bu sözləri mövzu ilə bağlı  "Sherg.az" a açıqlamasınfda AĞ Partiya sədrinin müavini, poltoloq Əhəd Məmmədli bildirib:

"Finlandiya ilə Norveçin Rusiyanın daxili və ya xarici siyasətində heç bir rolları yoxdur. İki ilə yaxındır Ukrayna ilə müqavilə davam edir, amma Rusiya yenədə ayaqda durmağı bacarır. Artıq Rusiya özü üçün istər iqtisadi baxımdan, istərsə də hərbi baxımından ən çətin mərhələni keçib.  Bu addımlar sadəcə olaraq  Avropa ölkələrinin Ukraynaya onun yanında olduqları ilə bağlı mesajıdır. Eyni zaman bu istiqamətdə edilən fəaliyyətlər Rusiya ilə həmsərhəd olan ölkələrin keçirdiyi narahatlıqların göstərgəsidir".