Əziz Əlibəyli: Avropa İttifaqı Amerikanın əlehinə olan təşkilatdır

Avropa ölkələri döyüşə hazır olmaq üçün silahlı qüvvələrini gücləndirməlidir.
Bunu Niderlandın müdafiə naziri Kaysa Ollonqren deyib.
Onun sözlərinə görə, heç bir ölkə təkbaşına müasir təhlükəsizlik təhdidlərinin öhdəsindən gələ bilməz:
“Biz avropalılar addım atmalı, güclü Avropa müdafiəsi qurmalı və NATO daxilində əsas sütun kimi mövqeyimizi gücləndirməliyik. AB ərazisində heç bir müharibə olmayıb, ona görə də ölkələr üçün bloka üzvlük həm mükafat, həm də sülh və sabitlik vədidir. Bunu belə saxlamaq üçün indi hərəkətə keçməliyik. Ordumuzu gücləndirmək üçün uzunmüddətli, struktur investisiyalar qoymalıyıq. Biz döyüşməyə hazır olmalıyıq”.

Məsələni "Sherg.az"a şərh edən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki,  AB-nin birlikdə ordusunun yaradılması ilə bağlı təkliflər yeni səslənmir: 

“İlk dəfə 80-ci illərdə NATO ilə Fransa arasında yaranan toqquşmalardan başlayaraq belə fikirlər söylənilib. Avropa İttifaqı Amerikanın əlehinə olan təşkilatdır. Onun idealoji bazasının kökündə Avropa Birləşmiş Ştatlarının yaradılması ideası dayanır. Amerika və ya Rusiya Avropada belə bir ordunun olmasında maraqlı deyil və buna imkan verməz. Bu səbəbdən təklif olaraq hər zaman səsləndirilir amma real icra mexanizmi olmadığı üçün böyük maraqlar çərçivəsində bu ideada məhv olub gedir”.