Paşinyanın təqdim etdiyi layihənin mahiyyəti  yoxdur-POLİTOLOQ

Nikol Paşinyan Qarabağın Azərbaycanın bir hissəsi olduğunu bəyan edəndə Rusiya sülhməramlılarının əhəmiyyəti qalmadı. Artıq növbəti addım onların Qarabağdan çıxmasıdır.
Bunu Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan deyib.
“Ermənistan hökuməti Azərbaycan hakimiyyətindən qorxur. Dəhlizlər Nikol Paşinyanın təqdim etdiyi xəritəyə uyğun verilsə, o zaman Ermənistan daha 9 min kvadrat kilometr ərazidən, yəni Sünikdən (Qərbi Zəngəzur – red.) məhrum olacaq. 2 dəhlizi versəniz, Zəngəzurun Ermənistanla əlaqəsi kəsiləcək. Zəngəzura getmək üçün o dəhlizlərdən keçməliyik, oradan da keçmək üçün icazə almalıyıq. Bundan sonra İrəvan-Qarakilsə, İrəvan-Qafan avtobusları işləməyəcək”, – Baqratyan bildirib.
Qeyd edək ki, Qərbi Zəngəzurun sahəsi 9 min kv.km deyil, 4 min kv.km-ya yaxındır.

Mövzu ilə bağlı “Sherg.az”a danışan Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov bildirib ki, Ermənistanın siyasi insitutlarında təmsil olunan siyasətçilərin Azərbaycanla bağlı bir-birinə uyğun gəlməyən dezinformasiya xarakterli açıqlamalar verməsi bizim üçün heçdə yad olan hal deyil:

“Bu fondan Baqratyanın sözlərinin də reallığa uyğun olmadığını düşünürəm. Birincisi Nikol Paşinyanın təqdim etdiyi hansısa suqovşağı layihəsinin mahiyyəti  yoxdur. Azərbaycan qalib tərəf kimi regional sülh qovşaqlarının yaranmasının tərəfdarıdır. Zəngəzur dəhlizinin açılması ilə bağlı ortaya qoyulan iradə və şərtlər buna əyani sübutdur”. 

T.İsmayılov  Baqratyan və onun timsalında digər erməni siyasətçilərin Azərbaycan əlehinə verdiyi açıqlamaların heç bir önəmi olmadığını vurğulayıb:
“Ermənistan hökuməti Azərbaycandan qorxur fikiri Nikol Paşinyan hakimiyyətinə sərf edən açıqlamadır. Amma bu sözlər həqiqəti əks etdirmir. Çünki Azərbaycan tərəfi elə bir şərait yaratmayıb ki, İrəvan hakimiyyəti qorxu krizisinə daxil olsun. Ermənistan hakimiyyəti sülh istəyirsə, Azərbaycanın təklif etdiyi regional komnukasiya layihələrinin gerçəkləşməsinə təkan verməli və bu idealarda iştirak etməlidir. Əksi olacağı təqdirdə onlar üçün vəziyyət daha da gərginləşəcəkdir”.