ABŞ-nin hiyləgər siyasəti: Ukrayna meydanda tək qaldı?

Ukraynaya yardım üçün ayrılan vəsait bu ilin sonuna qədər tükənəcək. Bu, Rusiyanın qələbəsinə töhfə verə bilər.
Bu barədə ABŞ-ın İdarəetmə və Büdcə İdarəsinin direktoru Şaland Yanq Respublikaçı və Demokrat partiyalarının liderlərinə göndərdiyi məktubunda qeyd edib.
“İlin sonuna qədər Konqresin tədbirləri olmasa, Ukrayna üçün daha çox silah və texnika almaq, eləcə də ABŞ hərbi anbarından avadanlıq təmin etmək üçün resursumuz tükənəcək. Konqresin yeni dəstəyi təsdiqləməməsi Kiyevi döyüş meydanında diz çökdürəcək və eyni zamanda Rusiyanın hərbi qələbə ehtimalını artıracaq. Bu problemin öhdəsindən gəlməyimizə kömək edəcək sehrli maliyyə qazanı yoxdur. Pulumuz və demək olar ki, vaxtımız bitib”, - məktubda qeyd olunub.
Bu gün məhv olmaq təhlküəsi ilə üz üzə qalmış Ukraynanın bu vəziyyətə düşməsinin əsas səbəbkarı ABŞ-dır.  Rusiyaya qarşı sanksiyalar tətbiq etmək üçün Ukraynanın mühraibəyə təhdikedən ABŞ, indi isə yardımları kəsərək onları danışıqlara razı salmağa çalışır.  

Mövzu ilə bağlı “Sherg.az”a danışan politoloq Elçin Xalidbəyli bildirib ki, bütün dünya ABŞ-ın Ukraynaya göstərdiyi yardımların əvəzinin ödənilmədiyini hesab edir.: 
“Guya ABŞ Ukraynaya Rusiya ilə müharibə üçün həm hərbi-texnika, həm də maliyyə yardımını qarşılıqsız şəkildə edir. Amma bunlar həqiqəti əks etdirmir. Əslində Ukraynaya ABŞ tərəfindən edilən bütün yardımlar onların borc dəftərinə qeyd olunur.  Yəni göstərilən yardımların əvəzini ABŞ nə vaxtsa, Ukraynadan geri alacaq. Digər tərəfdən göstərilən maliyyə yardımlarının çoxusu rəsmi Kiyevin hesabına çatmır. Məsələn ABŞ tərəfindən indiyə qədər 68 milyard dollar vəsait ayrıldığı deyilir. Lakin bu vəsaitin 90 faizi Amerika dövlətlərinin sərhədləri daxilindən çıxmayıb. Belə ki, 68 milyardın 90 faizi hesabına ABŞ daxilində hərbi texnika istehsal edən 117 müəssisə yaradıblar. ABŞ yardım edirik dediyi pullarla öz ərazisində geniş istehsal müəssisələri tikdirib. Onlar hazırda guya Ukraynaya əvəzi ödənilməyəcək yardımlar etdiyi ilə bağlı yalan məlumatlar yayaraq bütün dünya ölkələrini aldatmaq, manipulyasiya etməklə məşğuldurlar”. 

Politoloq Ukraynanın ABŞ-ın şirnikləşdirici vədləri ilə müharibəyə başladığını vurğulayıb:
“Rəsmi Kiyev ABŞ-a güvənərək bu addımı atmaqla çox böyük səhv etdi. Nəticədə Ukraynanın bütün infrastrukturu darmadağın oldu. Yenidən qurulması üçün isə on illiklər lazımdır. Həmçinin illərlə aldığı yardımların geri ödənilməsi ilə məşğul olacaqlar. Hazırda həm ABŞ-in, həm də Avropa Birliyinin səhnə arxasında Rusiya ilə danışıqlar aparması ilə bağlı xəbərlər yayılır. ABŞ rəsmiləri seçki öncəsi müharibənin davam etməsi istiqamətində maraqlı deyillər. Ukrayna seçki dairələrində də vəziyyətin pis olması ilə bağlı məlumat dərc olunur. Ukrayna hücum taktikasından müdafiə taktikasına keçid edib. Ən pisi isə müharibəyə başlaması üçün Ukraynaya vədlər verən ABŞ-ın özünün Rusiya ilə razılaşaraq döyüş meydanında Ukraynanı tək qoymasıdır. Rəsmi Vaşiqton hər zaman belə xarici siyasət yeridib. Onlar münaqişələri öz ərazisindən uzaqda tutur və sonra müttəfiqi hesab olunan ölkəni yalnız buraxır. ABŞ hazırda Ukraynanı qurban vermək üzrədir. Hətta bu proses o həddə qədər irəliləyə bilər ki, Ukrayna dünyanın geosiyasi xəritəsindən silinə bilər”.