Konqresə erməni təzyiqi: ABŞ Ermənistana 10 milyon ayırdı

ABŞ konqresmenləri Konqres rəhbərliyinə Ermənistana təhlükəsizlik üçün 10 milyon dollar ayırmağa və Qarabağ “qaçqınlarına” yardıma çağırış ediblər.
Bu barədə Ermənistan mətbuatı senator Aleks Padilla və Nümayəndələr Palatasının üzvü Anna Eşunun məktubuna istinadən məlumat yayıb.
Konqresmenlər qeyd ediblər ki, Ermənistan təhlükəsizliyinin ənənəvi qarantı olan Rusiyadan uzaqlaşdığı üçün xüsusilə həssas vəziyyətə düşüb.
Məlumata görə, çağırışa ABŞ Konqresinin yuxarı və aşağı palatalarının 60 üzvü qoşulub.

Məsələyə münasibət bildirən Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov "Sherg.az"a bildirib ki, ABŞ də ermənipərəst qüvvələrin olması hərkəsə məlumdur. Onlar xüsusilə konqres rəhbərliyinə təzyiqlər edirlər
“Erməni lobisinin əsas işi onların maraqlarını təmin edəcək şəxslərin konqresə seçilməsinə çalışmaqdır. ABŞ tərəfindən Ermənistana təhlükəsizlik məqsədləri üçün 10 milyon dollar ayrılması və onların Qarabağ qaçqınlarına yardım vəsaiti kimi paylaşdırılması amili ilə yanaşı Rusiyanın geosiyasi vektoruna qarşı İrəvanda aparılan dəyişikliklər əsas gətirilir. Yəni Rusiyadan uzaqlaşan Ermənistanın xüsusi həssas dönəmində yardıma ehtiyacı olduğu qeyd edilir. Əlbəttə, ABŞ-nin possovet məkanında siyasi fəaliyyətinin tənzimlənməsi üçün bu ilk baxışdan inandırıcı görünə bilər. Lakin digər tərəfdən bu həmdə Azərbaycanın maraqlarına qarşıdır. Çünki  istisna deyilik ki, 10 milyon heçdə Qarabağdan gedən ermənilərin rifahının yaxşılaşırılmasına xərclənməsin, əksinə silahlanma işinə səfərbər edilsin. Nəticədə regionda yeni təhlükə ocaqları formalaşsın. Düşünürəm ki, bu ianələrin toplanması revanşizm idealogiyasının daha da gücləndirilməsinə xidmət edəcək, Ermənistanın müxtəlif ölkələrdən silah almasına ayrılacaqdır”.