Britaniyanın dövlət naziri: Ölkəmiz Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir

Böyük Britaniya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. 2022-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 2021-ci illə müqayisədə 55,1 faiz artaraq 1 milyard ABŞ dolları təşkil edib.

“APA-Economics”in xəbərinə görə, bunu Böyük Britaniyanın ixrac məsələləri üzrə dövlət naziri Lord Malcolm Offord deyib.

Ətraflı
O bildirib ki, 2023-cü ilin ilk 10 ayında bu göstərici 734 milyon ABŞ dollarına çatıb: “Böyük Britaniyadan idxal olunan əsas mallar arasında avadanlıq, nəqliyyat vasitələri, qara metallar, əczaçılıq və kimya məhsulları var. Azərbaycanın Böyük Britaniyaya ixracı isə əsasən xam neft, gübrələr və müxtəlif avadanlıqlardan ibarətdir”.Britaniyanın dövlət naziri: Ölkəmiz Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir
Britaniyanın dövlət naziri: Ölkəmiz Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir
07 dekabr 2023 11:31 (UTC +04:00)
Böyük Britaniya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. 2022-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 2021-ci illə müqayisədə 55,1 faiz artaraq 1 milyard ABŞ dolları təşkil edib.

“APA-Economics”in xəbərinə görə, bunu Böyük Britaniyanın ixrac məsələləri üzrə dövlət naziri Lord Malcolm Offord deyib.
O bildirib ki, 2023-cü ilin ilk 10 ayında bu göstərici 734 milyon ABŞ dollarına çatıb: “Böyük Britaniyadan idxal olunan əsas mallar arasında avadanlıq, nəqliyyat vasitələri, qara metallar, əczaçılıq və kimya məhsulları var. Azərbaycanın Böyük Britaniyaya ixracı isə əsasən xam neft, gübrələr və müxtəlif avadanlıqlardan ibarətdir”.