Azərbaycan müxalifəti seçkilərdə iştirak edəcək? – AÇIQLAMA

Prezident İlham Əliyevin Sərəncamına əsasən 7 fevral 2024-cü il tarixində Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. Bəs Azərbaycan müxalifəti öz namizədliyini irəli sürəcəkmi?
Məsələ ilə bağlı Globalinfo.az-a bir neçə müxalif partiya sədri ilə əlaqə saxlayıb.

AĞ Partiyanın sədri Tural Abbaslı:
“Bu gün İdarə Heyətinin iclası keçiriləcək. Bu məsələ müzakirə olunduqdan sonra bir qərar veriləcək. Təbii ki, bununla bağlı öz fikrim var, amma partiyanın qərarı olmadığına görə, bir söz deyə bilmirəm”.

Ümid Partiyasının sədri İqbal Ağazadə:
“Partiyada qərarı mən vermirəm. Ali Məclisin vaxt təyin edib, toplanmalıdır. İdarə heyəti bununla bağlı qərar verdikdən sonra cavabımız olacaq. Hazırda müzakirə edirik”.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev:
“Namizədliyi elə özüm irəli sürəcəm. Nə qədər ki, prezident namizədliyini irəli sürəcək, o qədər də mən edəcəyəm. O etməsə, mən də etməyəcəyəm”.

REAL Partiyası Siyasi Komitəsinin üzvü Natiq Cəfərli:
“Təbii ki, gözlənilməz qərar oldu. Bu həftə toplantımız nəzərdə tutulur. Artıq ondan sonra qərar verilməsi gözlənilir. Hər şey partiyanın siyasi komitəsinin toplantısından asılı olacaq”.