Simonyan: Azərbaycan Ordusu əraziyə girdi, ruslar şoka düşdü

“Qarabağda rus sülhməramlıları son əməliyyatlar zamanı heç nə edə bilməyəcəklərinin fərqində deyildilər”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Parlamentinin spikeri Alen Simonyan deyib.
“Əməliyyatlar zamanı sülhməramlılar özləri belə nə edəcəklərini bilmirdilər. Məsələyə müdaxilə edə bilməyəcəkləri ağıllarına gəlməzdi.
O vaxt Rusiya Xarici İşlər Nazirliyi açıqlama yayaraq Azərbaycan və Ermənistanı atəşkəsə səslədi. Yəni İrəvanın əməliyyatlara reaksiya verməməsi üçün təzyiq göstərdi. Ümumiyyətlə, Azərbaycan regionda istədiyini edir, Rusiya isə qarışa bilmir”, – Simonyan qeyd edib.