Aİ komissarı: Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayıram

Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi Azərbaycan və Ermənistan arasında son razılaşmanı alqışlayıb.

APA xəbər verir ki, bu barədə Aİ komissarı "X" hesabında bildirib.

"Mən Azərbaycan və Ermənistan arasında regionda sülh və sabitliyə töhfə verən razılaşmanı alqışlayıram. Avropa İttifaqı hər iki ölkəyə əlavə dəstək verməyə hazırdır", - Varhelyi paylaşımında qeyd edib.