Rusiyada seçki prosesi: Putinin ən böyük rəqibi niyə həbsdədir?

Rusiyada 2024-cü il martın 17-də keçiriləcək prezident seçkiləri yaxınlaşmaqdadır. 
2024-cü il seçkilərindən sonra Rusiya siyasətində nəsə dəyişə bilərmi? Moskvanın Cənubi Qafqaz strategiyasını təsiri necə ola bilər?

Bu barədə “Sherg.az”a danışan tanınmış jurnalist, siyasi şərhçi Fuad Abbasov bildirib ki, Putinin 2024-cü il seçkilərində iştirak etməsi özü-özlüyündə antikonsitutusiya fəaliyyətidir və heç bir legitimliyi yoxdur:
“Çünki 1999-cu ildə hakimiyyətə gətirilən Putin artıq 25 ilə yaxındır Rusiyanın rəhbərliyində olmağa davam edir. Buda Lianid İliçin rekordundan başqa bütün Sovet liderlərinin hakimiyyət müddətini keçməsi deməkdir. 2024-cü il seçkilərində Vladimir Putin böyük səs çoxluğu ilə qalib gələcəyini düşünürəm. Əlbəttə ki, bu günə qədər siyasi fəaliyyəti necə olubsa, o tərzdə də davam edəcəkdir. Amma Vladimir Putinin atdığı addımlar Rusiyanın siyasi çevrələrini qane edirmi ? Rusiyanın hazırki çətin dövrünü yaşamasının əsas səbəbi Putinin yeritdiyi siyasətdir. Bu siyasətlə razı olmayan vətəndaşlar və ya ölkənin yüksək zümrəsi daxil olan çox insan var. O şəxslər mümkün olduğu qədər seçkilərə mane olmağa cəhd göstərəcəklər”.

F. Abbasov seçkilərdə hansısa, müxalifətdən söhbətin gedə bilməyəcəyini vurğulayıb:
“Müxaliflər arasında ən şanslı namizəd sayılan bilinəcək Aleksey Navalnı həbsxanadadır. Putinin digər rəqibləri də ya ölkədən qovulub, ya da həbsdədirlər. Onun üçün böyük ehtimalla Putinin yenidən seçiləcək. Hazırda Rusiyanı Cənubi Qafqazdan çıxarmağa çalışan ölkələr var. Bunlardan birincisi Ermənistan üzərindən  regionda möhkəmləyən çalışan Fransadır. Əgər hakimiyyət əl dəyişərsə, bu istiqamətdə fərqli gedişlər görmək olar.  Amma bunlar iqtidarı Putinin itirməsi zamanı gerçəkləşə biləcək hallardır. Putin seçilərsə, hər şey olduğu kimi qalacaq. Hətta Ermənistanın Qərbyönümlü siyasəti üçün cəzalandırılmasına kimi hadisələrin baş tutacağını düşünürəm”.