İlham Əliyev 20 il ərzində qtisadiyyatımızın inkişafı üçün bütün sektorları diqqətdə saxlayıb - AÇIQLAMA

“Son 20 ildə ölkə iqtisadiyyatı ciddi irəliləyişlər, uğurlar əldə edilib. Burada Ümumi Daxili Məhsulun ( ÜDM), dövlət büdcəsinin bir neçə dəfə artması eyni zamanda maliyyə ehtiyatlarının formalaşdırılması, işsizliyin səviyyəsinin aşağı salınması istiqamətində ciddi addımlar atılıb”. 
Bu sözləri “Sherg.az”a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli  Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 20 il ərzində ölkə iqtisadiyyatına göstərdiyi diqqət və qayğı barəsində danışarkən söyləyib:

“Bu dövrlər ərzində Azərbaycan çox sayda strateji infrastruktur layihələri həyata keçirib. Bakı-Tiblisi- Ceyhan neft kəmərinin  təməli əvvəlcədən qoyulmuş olsa, belə son 20 il ərzində yüksək mineralizasiyası olub. Daha sonra “Cənub Qaz Dəhlizi” kimi böyük bir layihə həyata keçirilib. Eyni zamanda Bakı-Tiblisi-Qars dəmiryolu xəttinin çəkilişi baş tutub. Həmçinin dəniz daşımaçılığının inkişafı yönündə işlər görülüb. Digər bir əlaməttdar hadisə kimi Ələt limanının yaradılmasını qeyd edə bilərik. Ölkənin turizm, nəqliyyat infrastrukturuna, iqtisadiyyatın müxtəlif sahələrinə ciddi investisiyalar qoyulub. Hazırda ölkənin xarici valyutada dövlət borcu 10 faizdən aşağıdır. 60 milyard dolların üzərində böyük əhəmiyyətə malik maliyyə ehtiyatı formalaşıb. Yəni qısacası  Prezident İlham Əliyev 20 il ərzində ölkə iqtisadiyyatının inkişafı üçün bütün sektorları diqqətdə saxlayır və bu istiqamətdə ciddi investisiyalar ayırır”.