Prezident seçkiləri ilə əlaqədar qeydiyyatdan keçən müşahidəçilərin sayı açıqlanıb

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar indiyə qədər qeydiyyatdan keçən müşahidəçilərin sayı açıqlanıb.
Bunu jurnalistlərə açıqlamasında MSK sədri Məzahir Pənahov deyib.

Məzahir Pənahov qeyd edib ki, artıq 17 500 müşahidəçi qeydiyyatdan keçib: “Bizim 6300 ətrafında məntəqələrimiz olacaq. Beləliklə, artıq orta hesabla hər məntəqəyə 3 müşahidəçi akkreditasiyadan keçib”.