MSK sədri: Növbədənkənar prezident seçkiləri Zəfər seçkiləridir

Bu, Zəfər seçkiləridir.

Bunu bu gün Mərkəzi Seçki Komissiyası və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatının təşkilatçılığı ilə keçirilən “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda dəyirmi masada MSK sədri Məzahir Pənahov bildirib.
MSK sədri deyib ki, MSK üzvləri öz aralarında fevralın 7-nə təyin olunmuş prezident seçkilərini Zəfər seçkiləri adlandırırlar: “Çünki azad olunmuş ərazilərdə ilk dəfə seçki keçirilir. Digər tərəfdən, azad olunmuş ərazilərdə tikintilər ən yüksək səviyyədə inşa olunur. Azad olunmuş ərazilərdə çox gözəl binalar tikilib, səsvermə günü hər kəs bir daha bunun şahidi olacaq. Azad olunmuş ərazilərdə yerləşən 26 seçki məntəqəsinin ən azı 24-nün yerləşdiyi binalardakı şərait ölkənin digər yerlərindəki seçki məntəqələri ilə müqayisədə daha yaxşıdır”.