Finlandiya Prezidenti Azərbaycanın dövlət başçısına təbrik məktubu ünvanlayıb

Finlandiya Respublikasının Prezidenti Sauli Niinistö Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

APA xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimi çatdırıram və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".