
Fransanın türk ölkələrində kəşfiyyat fəaliyyəti - ŞƏRH
01:30 21.02.2024
Siyasət
385
Fransanın casus şəbəkəsi ifşa edildi Bu, ilk növbədə Türkiyənin kəşfiyyat orqanlarının profesionallığını göstərir
Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Fransa Kəşfiyyat İdarəsinin Türkiyədəki fəaliyyətini ifşa edib. Qeyd olunub ki, 1 ildir Fransa Kəşfiyyat Xidməti üçün casusluq etdiyi müəyyən edilən 3 nəfər saxlanılıb. Casuslar arasında olan Ahmet Kati və digər 2 şəxs Fransa Kəşfiyyat Xidmətinin xəbərdarlığından sonra Türkiyəni tərk edərkən MİT və İstanbul polisi tərəfindən keçirilən əməliyyatla saxlanılıb. Casuslar həbs edilərək həbsxanaya göndərilib. Xatırladaq ki, bir müddət öncə Azərbaycanda da Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsi ifşa olunub. Geniş əlaqələrindən istifadə edən rezidentura region ölkələrində fəal hərəkət etməklə yeni məqsədlər formalaşdırmaq və təsir dairəsini genişləndirməklə məşğul olubmuş. Uzun illər Fransa casus şəbəkəsinin ştatdankənar əməkdaşı olmuş bir şəxsin könüllü olaraq Azərbaycan hüquq-mühafizə orqanlarına təslim olması Parisin çirkin missiyalarını üzə çıxartmışdı.
Fransanın türk ölkələrində kəşfiyyat fəaliyyətini "Sherg.az"a dəyərləndirən politoloq Azər Qasımov deyib ki, dövlətlərin bir-birilərinin ərazisində kəşfiyyat aparması, xüsusən Türkiyə kimi ölkədə belə halların üzə çıxması təbii haldır. Ekspertin sözlərinə görə, İran, İsrail, ABŞ casuslarının Türkiyədə davamlı ifşa və həbs edilməsinin şahidi oluruq:

"İndi də Fransanın casus şəbəkəsi ifşa edildi. Bu, ilk növbədə Türkiyənin kəşfiyyat orqanlarının profesionallığını göstərir. Əks kəşfiyyat güclü olmalıdır ki, heç bir ölkənin casus şəbəkələri sızdıqları dövlətin ərazisində fəaliyyət göstərə bilməsinlər. Parisin casuslarının tezliklə ifşası onların peşəkarlığının zəif olduğuna dəlalət edir. Beynəlxalq və regional proseslərin mərkəzində rol alan Türkiyədə Parisin agentura şəbəkəsinin məqsədi Yaxın Şərq regionu, Cənubi Qafqaz və NATO daxilindəki prosesləri izləməkdir. Böyük ehtimal Türkiyənin kəşfiyyatı (Milli İstihbarat Təşkilatı) fransız casuslarını izlədikdən sonra onları ifşa edib. MİT bu işlərdə ciddi irəliləyişlər əldə edib. Təkcə Türkiyədə yox, bir çox ölkələrdə öz fəaliyyəti ilə seçilən, güclü kəşfiyyat orqanı olan MİT-in qarşısında Fransa kimi ölkələr ancaq özlərini rəzil edə bilərlər".
Xəbər lenti
Hamısına bax
Fazil Məmmədov nazir müavini təyin edildi
17:12 06.10.2026
Cəmiyyət
Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı
16:54 06.10.2026
Gündəm
Abşeron və Bakının 5 rayonunda su olmayacaq
16:48 06.10.2026
İnfrastruktur
Kənd yumurtası bahalaşdı - VİDEO
16:37 06.10.2026
Sosial
Zelenski: Rusiya Ukraynaya kütləvi zərbə hazırlayır
16:17 06.10.2026
Dünya
Bu şəxslərin ailəsinə 20 min manat birdəfəlik müavinət ödəniləcək
16:04 06.10.2026
Sosial
Bayramov ABŞ rəsmisi ilə görüşdü: İrəvanla normallaşma diqqətdə...
15:37 06.10.2026
Gündəm
Milli Məclisin iki komitəsinin birgə iclası keçirilir
15:25 06.10.2026
Aktual
ŞOK OLAY: Süni intellektlə “dirildi”, onu öldürən şəxsi bağışladı
14:58 06.10.2026
Hadisə
Oqtay Gözəlova yüksək vəzifə verildi
14:54 06.10.2026
Sağlamlıq
Azərbaycana məğlubiyyətə görə istefa verdi
14:51 06.10.2026
Futbol
Sərhədi keçən əsgərimizə görə - Ermənistanda istefalar başladı
14:51 06.10.2026
Gündəm
Qızıl ucuzlaşdı, dollar gücləndi
14:33 06.10.2026
İqtisadiyyat