Kobaxidzenin İrəvan səfəri: Məqsəd...

Ermənistan Baş naziri Nikol Paşinyan bu gün İrəvana səfər edən Gürcüstan Baş naziri İrakli Kobaxidzeni qarşılayıb.

Bu barədə erməni mətbuatı məlumat yayıb.

Məlumata görə, Kobaxidze Paşinyanla yanaşı, Ermənistan Prezidenti Vaaqn Xaçatryanla da görüşəcək.

Səfəri “Sherg.az”a dəyərləndirən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri, politoloq Samir Hümbətov bildirib ki, İrakli Kobaxidze Gürcüstan siyasətində yenidir: 

“İrakli Kobaxidze əvvəllər o qədər də tanınan fiqur olmayıb və son dövrlər ortaya çıxan siyasətçilərdən biridir. Kobaxidzenin Azərbaycana daha sonra isə Ermənistana səfəri dövlət səfəri xarakteri daşıyır. Bununla məqsədi həmin dövlətlərlə münasibətlərin hansı formada qurulmasını yoxlamaqdır. Gürcüstan Azərbaycan əlaqələri xüsusilə inkişaf etmiş səviyyədədir. Azərbaycanın enerji və dəmir yolu xətləri Gürcüstan üzərindən çıxaraq Türkiyəyə oradan isə dünya bazarına daşınır. Bu gün isə Kobaxidzenin Ermənistana səfərində səbəb ikili münasibətlərin inkişaf etdirilməsinə hesablanıb. Eyni zamanda Kobaxidzenin səfəri regionda mövcud olan vəziyyətin tezliklə hansı formada həll edilməsini özündə əks etdirir. Ermənistan və Azərbaycan arasında sülh danışıqlarının aparılmasına görə vasitəçi olmaqla bağlı Gürcüstan tərəfindən dəfələrlə fikirlər səsləndirilib. Azərbaycan bu məsələyə müsbət yanaşsa da, Ermənistan tərəfindən heç bir cavab gəlməyib. Gürcüstan Baş nazirinin Ermənistan və Azərbaycana səfəri Cənubi Qazqaz regionunda baş verən münaqişənin elə Cənubi Qafqazda həllinə imkanlar yarada bilər”.