GECF: COP29 tədbiri böyük uğur qazanacaq

COP29 tədbirinə ev sahibliyi edəcəyi üçün Azərbaycana təşəkkürümü bildirirəm.

"APA-Economics" xəbər verir ki, bunu "Bakı Enerji Forumu"nun birinci günündə çıxışı zamanı Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) baş katibi Mohamed Hamel deyib.

"Əminliklə bildirirəm ki, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayevin rəhbərliyi altında COP29 böyük uğur qazanacaq. Burada məxsusi olaraq addımlar və alınacaq qərarlar enerji keçidi və digər məqamlarda böyük rol oynayacaq", - deyə o, qeyd edib