Milli Məclisin növbəti iclası iyunun 14-də keçiriləcək

Milli Məclisin növbədənkənar sessiya çərçivəsində növbəti iclası 14 iyunda keçiriləcək.
Bu barədə Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Sədr bildirib ki, gündəlik barədə daha sonra məlumat veriləcək.