
Analitik: Amerika və Ermənistan sülh istəyirsə...
Yusif Sultanoğlu
10:36 11.06.2024
Aktual
813
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla münasibətlərin normallaşmasından danışıb.
Mirzoyan bu barədə ABŞ nümayəndə heyəti ilə görüşdə bildirib.
Onun sözlərinə görə, Azərbaycanla sülh müqaviləsi layihəsi üzərində işi başa çatdırmaq üçün tarixi məqam və real imkan var.
Mirzoyanın söylədiklərini “Sherg.az”a dəyərləndirən politoloq Natiq Miri bildirib ki, əlbəttə, Ermənistan indiki vəziyyətdə heç bir şərt qoyulmadan razılaşdırılan prinsiplər əsasında sülh müqaviləsinin imzalanmasını arzu edərdi:

“Yəni dolayısı ilə Amerikaya bunu demək istəyir. Heç şübhəsiz ki, görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyevin sülh müqaviləsinin əvəzolunmazı sayılan 2 şərti də müzakirə olunub. Birincisi ərazi iddiası ilə bağlı olan Ermənistan Konstitusiyasının dəyişilməsi, İkincisi isə ATƏT-in Minsk qrupunun həmsədr institunun ləğvi məsələsidir. Bunlar hüquqi təminatlardır və kağız üzərində istənilən sülh sazişi Azərbaycan üçün keçərli deyil. Əgər həqiqətən də Amerika Birləşmiş Ştatları sözünün əridirsə, ədalət və sülhün davamlılığından danışırsa, Ermənistanı sülhə gətirməlidir. Sülh və davamlılıq yalnız ədalətli sülh olduğu yerdə mövcuddur. Bu da mütləq mənada ərazi iddiasından əl çəkməkdən keçir. Ərazi iddiasından əl çəkdiklərini və sülh müqaviləsində prinsip etibarilə bunu qəbul etdiklərini deyirlər. Əgər həqiqətən belədirsə, onlar konstitusiyada ərazi iddiasını ləğv etməlidirlər. Eyni zamanda, ATƏT-in Minks qrupunun ləğvi ilə bağlı Azərbaycanla birlikdə ATƏT-ə müraciət ünvanlasınlar. Amerika və Ermənistan sülh istəyirsə, 2 şərt qısa müddət ərzində yerinə yetirməli və sülh sazişi imzalanmalıdır. Yalnız bundan sonra Ermənistanın saf niyyətli olduğunu söyləmək olar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan ilə Banqladeş arasında viza rejimi sadələşdirilir
00:18 23.09.2026
Siyasət
Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü
23:57 22.09.2026
Aktual
Ərdoğandan Fələstini tanımayan ölkələrə çağırış...
22:58 22.09.2026
Dünya
Zelenski və Tramp Nyu-Yorkda görüşdü
22:15 22.09.2026
Gündəm
Yalçın Rəfiyev BMT Baş Assambleyasında çıxış etdi
22:02 22.09.2026
Siyasət
Pezeşkianın təyyarəsi Əlcəzairdə eniş etdi
21:36 22.09.2026
Gündəm
Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
21:01 22.09.2026
Dünya
Saatlar 1 saat geri çəkiləcəkmi?
20:51 22.09.2026
Dünya
Quterreş BMT tribunasında vida çıxışı etdi
20:28 22.09.2026
Dünya
Tramp Qrenlandiya və Danimarka ilə təhlükəsizlik sazişi imzalayıb
20:07 22.09.2026
Gündəm
Tramp İlham Əliyevdən sitat gətirdi
19:37 22.09.2026
Gündəm