Diş çıxaran dərman satışa çıxarılır – Tarix açıqlandı
Yusif Nəzərli
22:52 11.06.2024
Sağlamlıq
510
Yapon tədqiqatçıları tərəfindən hazırlanan diş çıxaran dərmanın bazara çıxarılacağı tarix açıqlanıb.
Sherg.az "Medicina.az"-a istinadən xəbər verir ki, Osakadakı Kitano Xəstəxanasının Tibbi Tədqiqat İnstitutundan Katsu Takahaşi və komandası tərəfindən hazırlanmış dərmanın 2030-cu ildə insanlar üçün əlçatan olması planlaşdırılır.
Takahaşi və komandasının Kyoto Universitet Xəstəxanasında verdiyi açıqlamada dərmanın insanlar üzərində sınaqlarının sentyabrda başlayacağı bildirilib.
Qeyd edilib ki, analizlər problemsiz keçərsə, dərman ilkin olaraq yalnız anadangəlmə diş çatışmazlığından əziyyət çəkən xəstələrə veriləcək. Çünki anadangəlmə diş çatışmazlığı çənə inkişafına və yemək vərdişlərinə də mənfi təsir göstərir.
Açıqlamada sentyabr ayında başlayacaq dərman testlərinin 2025-ci ilin avqust ayına qədər davam etməsinin gözlənildiyi bildirilib. Bu təcrübələrdə ən azı arxa dişlərindən biri əskik olan 30-64 yaşlı 30 kişi iştirak edəcək. İntravenöz olaraq tətbiq edilən dərmanın dişlərin inkişafına necə töhfə verəcəyi müşahidə ediləcək.
Heyvanlar üzərində aparılan tədqiqatlarda bu günə qədər heç bir əhəmiyyətli əks təsir aşkar edilməyib.
Tədqiqatçılar böyüklər üzərində apardıqları təcrübələrdən sonra dərmanı dörd və ya daha çox dişi əskik olan 2-7 yaşlı uşaqlarda sınaqdan keçirəcəklər.
2023-cü ildə hazırlanmış dərman sümük inkişafına imkan verən zülalları bloklayan USAG-1 molekuluna təsir edir. Müvafiq olaraq, dərman bu molekulun təsirlərini boğaraq dişlərin əmələ gəlməsini mümkün edir.
Başlanğıcda 6 ön dişi olan gəlinciyin dərman verildikdən sonra 7-ci ön dişi inkişaf edib. Siçanlar və itlər üzərində aparılan araşdırmalarda elm adamları dərman sayəsində dişlərin yenidən inkişaf etdiyini müşahidə ediblər.
"Biz bu dərmanın protez və implantlar kimi mövcud müalicələrdən sonra üçüncü variant təmin etməsini istəyirik”, - deyə Takahaşi vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan ilə Banqladeş arasında viza rejimi sadələşdirilir
00:18 23.09.2026
Siyasət
Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü
23:57 22.09.2026
Aktual
Ərdoğandan Fələstini tanımayan ölkələrə çağırış...
22:58 22.09.2026
Dünya
Zelenski və Tramp Nyu-Yorkda görüşdü
22:15 22.09.2026
Gündəm
Yalçın Rəfiyev BMT Baş Assambleyasında çıxış etdi
22:02 22.09.2026
Siyasət
Pezeşkianın təyyarəsi Əlcəzairdə eniş etdi
21:36 22.09.2026
Gündəm
Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
21:01 22.09.2026
Dünya
Saatlar 1 saat geri çəkiləcəkmi?
20:51 22.09.2026
Dünya
Quterreş BMT tribunasında vida çıxışı etdi
20:28 22.09.2026
Dünya
Tramp Qrenlandiya və Danimarka ilə təhlükəsizlik sazişi imzalayıb
20:07 22.09.2026
Gündəm
Tramp İlham Əliyevdən sitat gətirdi
19:37 22.09.2026
Gündəm