Stoltenberq: Orban açıq şəkildə bildirdi ki, Macarıstan Ukraynaya yardım səylərində iştirak etməyəcək
Stoltenberq: Orban açıq şəkildə bildirdi ki, Macarıstan Ukraynaya yardım səylərində iştirak etməyəcək
09:30 12.06.2024
Dünya
465
“Rusiyanın Ukraynaya qarşı başlatdığı təcavüzkar müharibənin ilk günlərindən Macarıstan minlərlə ukraynalı qaçqına sığınacaq verib və yaralı əsgərlərin reabilitasiyasına kömək edib".
APA xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Macarıstan Baş naziri Viktor Orbanla birgə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Macarıstanın gördüyü bu işlər birgə təhlükəsizliyə töhfə verir.
Stoltenberqin sözlərinə görə, bugünkü görüşdə gündəlikdə olan müxtəlif mürəkkəb məsələlər, alyansın Vaşinqton sammitinə hazırlıq müzakirə edilib.
Yens Stoltenberq vurğulayıb ki, NATO-nun əsas vəzifəsi müharibəni başlatmaq yox, onun qarşısını almaq, çəkindirmə siyasəti yürütməkdir.
Stoltenberq Viktor Orbanla Ukraynadakı vəziyyəti də müzakirə etdiyini diqqətə çatdırıb:
“Mən ümid edirəm ki, sammitdə müttəfiqlər Ukraynaya təhlükəsizlik təminatı, təlimlər və yardım məsələsində aparıcı rol almaqla bağlı razılığa gələcəklər. Mən həmçinin ümid edirəm ki, NATO üzvləri Ukraynanı hərbi yardımla dəstəkləmək üçün uzun müddətə maliyyə planı ilə bağlı razılığa gələ biləcəklər.
Baş nazir Viktor Orban açıq şəkildə bəyan etdi ki, Macarıstan NATO-nun bu səylərində iştirak etməyəcək və mən bu mövqeni qəbul edirəm. Mən şadam ki, Baş nazir Orbanla Macarıstanın NATO-nun Ukraynaya yardımında iştirak etməməsi ilə bağlı üsullar üzərində işləyəcəyimiz barədə razılığa gəldik. Macarıstanın heç bir hərbi heyəti bu fəaliyyətlərdə iştirak etməyəcək və onun heç bir maliyyə vəsaiti bu fəaliyyətləri dəstəkləmək üçün istifadə edilməyəcək. Eyni zamanda, Baş nazir məni əmin etdi ki, Macarıstan bu səylərin qarşısını almayacaq və digər müttəfiqlərə mane olmayacaq. Baş nazir Orban vurğuladı ki , Macarıstan NATO öhdəliklərinə sadiq olmağa davam edəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski və Tramp Nyu-Yorkda görüşdü
22:15 22.09.2026
Gündəm
Yalçın Rəfiyev BMT Baş Assambleyasında çıxış etdi
22:02 22.09.2026
Siyasət
Pezeşkianın təyyarəsi Əlcəzairdə eniş etdi
21:36 22.09.2026
Gündəm
Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
21:01 22.09.2026
Dünya
Saatlar 1 saat geri çəkiləcəkmi?
20:51 22.09.2026
Dünya
Quterreş BMT tribunasında vida çıxışı etdi
20:28 22.09.2026
Dünya
Tramp Qrenlandiya və Danimarka ilə təhlükəsizlik sazişi imzalayıb
20:07 22.09.2026
Gündəm
Tramp İlham Əliyevdən sitat gətirdi
19:37 22.09.2026
Gündəm
Tramp: Seçkilərdən sonra İranla razılaşma əldə edə biləcəyik
19:02 22.09.2026
Gündəm