Brüsseldə NATO Daimi Nümayəndələrin Müavinləri Komitəsi+Azərbaycan formatında iclas keçirilib

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin iştirakı ilə NATO Daimi Nümayəndələrin Müavinləri Komitəsi (DPRC) + Azərbaycanın iclası yenicə yekunlaşıb.

APA xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı nümayəndəsi Cəfər Hüseynzadə “X” platformasında paylaşım edib.

Hikmət Hacıyev NATO-Azərbaycan tərəfdaşlığının mövcud vəziyyəti və gələcək perspektivləri, Azərbaycanın regional əlaqələnmə və enerji təhlükəsizliyində mühüm rolu, COP29-a hazırlıq prosesi, iqlim və yaşıl həmrəylik gündəliyi, eləcə də Ermənistanla normallaşma prosesi və sülh gündəminin irəliləməsi ətrafında məhsuldar müzakirələr aparıb.