Qayınananın əlinə düşdüsə, bitdi: Qızların orta məktəbi bitirməsi məcburi olmalıdır -AÇIQLAMA
Qayınananın əlinə düşdüsə, bitdi: Qızların orta məktəbi bitirməsi məcburi olmalıdır -AÇIQLAMA
08:50 13.06.2024
Sosial
505
Məktəbə getməyən qız evdə qalanda, ata-anasının əsarətindən qurtulmaq üçün özü də istəyir ki, ərə getsin
“İstisnanın aradan qaldırılması çıxış yolu deyil. Məsələni kökündən həll etmək üçün qızların təhsil almasına şərait yaradılmalıdır”
Azərbaycanda nikah yaşı üzrlü səbəblərdən də 1 il azaldılmayacaq.
Bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik təklif olunur.
Mövcud qanunvericiliyə əsasən, üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Dəyişikliklə qanunun bu müddəası ləğv edilir.
Ölkəmizdə erkən nikah və onun doğurduğu fəsadlar hər zaman diqqətçəkən mövzulardan olub. Zaman-zaman bu fəsadların səbəb olduğu faciələr, problemlər haqqında danışılıb, müzakirələr aparılıb.
Araşdırmalar nəticəsində bəlli olur ki, erkən nikaha daxil olma bəzən qızların öz istəkləri, bir sıra hallarda valideynlərinin təzyiqi, ailədə maddi vəziyyətin çətin olması və digər səbəblərdən baş verir.
Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu "Sherg.az"a açıqlamasında deyib ki, nikah yaşı ilə bağlı istisnanın aradan qaldırılması çıxış yolu deyil. Onun fikrincə, məsələni kökündən həll etmək üçün qızların təhsil almasına şərait yaradılmalıdır:
"Mən təklif edərdim ki, qızların orta məktəbi bitirməsi məcburi olsun. Buna görə valideynlər məsuliyyət daşımalıdırlar. Bu gün əksər qızları valideynləri 9-cu sinifdən məktəbdən çıxarırlar. Məktəbə getməyən qız evdə qalanda, ata-anasının əsarətindən qurtulmaq üçün özü də istəyir ki, ərə getsin. Ərə də gedəndə qayınananın əlinin altına düşür.
Bu yaxınlarda Mehriban Zeynalovanın təşkilatçılığı ilə zoom-konfrans keçirildi. Bütün regionlardan olan fəal qadınlar bu konfransa qoşulmuşdu. Artıq ikinci dəfə idi belə bir layihə təşkil olunurdu. İlk iclas qızların məktəbə getməməsi, təhsildən yayındırılması, budəfəki isə məhz erkən nikah probleminin həllinə həsr edilmişdi. Orada da qeyd etmişdim ki, problemin həlli məktəblərdən başlayır. 5-ci sinifdın sonra regionlarda, Bakı kəndlərindəki məktəblərdə qız şagirdlərin sayı azalır. Yuxarı siniflərə qalxdıqca, problem daha artıq səviyyədə özünü büruzə verir. 9-cu sinifdən sonra siniflərdə barmaqla sayılacaq sayda qız qalır. Kimisi ərə verilir, kimisini də məktəbdən çıxarıb evdə saxlayırlar ki, oxumaq nəyə lazımdı? Təklif edirəm ki, müvafiq qanunvericiliyə dəyişiklik edilsin, icbari təhsil 9 yox, 11-ci sinifə qaldırılsın. Qızların təhsil alması, ən azından bir peşə sahibi olması çox vacibdir.
Bu gün bir çox rayonlarımızda peşə məktəbləri açılır. Qızlarımızı bu məktəblərə cəlb etmək lazımdır. Onlar tibb bacısı, dərzi, saç ustası kimi peşələrə yiyələnə bilərlər. Ərə getməkdənsə, birinci peşə sahibi olmaq lazımdır. Qadağalarla çox şeyə nail olmaq olmur".
N.Cəfəroğlunun fikrincə, qadağalarla çox şeyə nail olmaq olmur. Dini kəbinlə bağlı da qadağalar var. Amma bəzi din xadimləri yenə də erkən nikahlara göz yumur.
Erkən nikaha görə isə din xadimləri ilə yanaşı, bələdiyyələr və digər müvafiq qurumlar da məsuliyyət daşıyırlar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski və Tramp Nyu-Yorkda görüşdü
22:15 22.09.2026
Gündəm
Yalçın Rəfiyev BMT Baş Assambleyasında çıxış etdi
22:02 22.09.2026
Siyasət
Pezeşkianın təyyarəsi Əlcəzairdə eniş etdi
21:36 22.09.2026
Gündəm
Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
21:01 22.09.2026
Dünya
Saatlar 1 saat geri çəkiləcəkmi?
20:51 22.09.2026
Dünya
Quterreş BMT tribunasında vida çıxışı etdi
20:28 22.09.2026
Dünya
Tramp Qrenlandiya və Danimarka ilə təhlükəsizlik sazişi imzalayıb
20:07 22.09.2026
Gündəm
Tramp İlham Əliyevdən sitat gətirdi
19:37 22.09.2026
Gündəm
Tramp: Seçkilərdən sonra İranla razılaşma əldə edə biləcəyik
19:02 22.09.2026
Gündəm