
Mübariz Göyüşlü: COP29 hazırlıqlarına NATO-nun dəstəyini qazanmaq önəmlidir
09:40 13.06.2024
Siyasət
472
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun Daimi Nümayəndələrinin Müavinləri Komitəsinin üzvləri ilə görüşdə iştirak edib.
Bu barədə Azərbaycanın NATO-dakı nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.
“Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin də iştirak etdiyi NATO Daimi Nümayəndələrinin Müavinləri Komitəsinin üzvləri ilə görüş başa çatıb. O, tərəfdaş ölkələrlə NATO-Azərbaycan tərəfdaşlığının hazırkı vəziyyəti və gələcək perspektivləri ilə bağlı səmərəli müzakirələr aparıb. Bundan başqa, Azərbaycanın regional əlaqə və enerji təhlükəsizliyində mühüm rolu, COP29 iqlim konfransına hazırlıq prosesi, iqlim və “yaşıl həmrəylik” gündəliyi, eləcə də Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyinin irəlilədilməsi prosesi kimi məsələlərə toxunulub”, - paylaşımda qeyd edilib.
Mövzu ilə bağlı “Sherg.az”a danışan siyasi şərhçi Mübariz Göyüşlü bildirib ki, Azərbaycan COP29 tədbirinə hazırlıq işlərini ciddi və geniş şəkildə həyata keçirir:

“Eyni zamanda, Prezident İlham Əliyevin köməkçisi Hikmət Hacıyevin Azərbaycan dövlətinin digər rəsmi nümayəndələri kimi çox faydalı çalışmaları var. NATO-nun da siyasi proseslərdə bu və ya digər formada iştirakını müşahidə edirik. COP29 hazırlıqlarına NATO-nun dəstəyini qazanmaq da önəmli məsələdir. COP29-un reallaşdırılması fonunda da NATO-nun dəstəyini ciddi məqam kimi qeyd etmək olar. Ümumiyyətlə aparıcı beynəlxalq təşkilatların COP29-a dəstəklərini görürük. Bu Azərbaycanın uğurudur və reallaşdırdığımız çalışmaların düzgün olduğunun göstəricisidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski və Tramp Nyu-Yorkda görüşdü
22:15 22.09.2026
Gündəm
Yalçın Rəfiyev BMT Baş Assambleyasında çıxış etdi
22:02 22.09.2026
Siyasət
Pezeşkianın təyyarəsi Əlcəzairdə eniş etdi
21:36 22.09.2026
Gündəm
Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
21:01 22.09.2026
Dünya
Saatlar 1 saat geri çəkiləcəkmi?
20:51 22.09.2026
Dünya
Quterreş BMT tribunasında vida çıxışı etdi
20:28 22.09.2026
Dünya
Tramp Qrenlandiya və Danimarka ilə təhlükəsizlik sazişi imzalayıb
20:07 22.09.2026
Gündəm
Tramp İlham Əliyevdən sitat gətirdi
19:37 22.09.2026
Gündəm
Tramp: Seçkilərdən sonra İranla razılaşma əldə edə biləcəyik
19:02 22.09.2026
Gündəm