"Cənab Baxçalını öz ittifaqları qane etmirsə, bizə qoşula bilər"- Özgür Özəl
10:04 13.06.2024
Gündəm
433
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və CHP sədri Özgür Özəlin görüşündən sonra MHP sədri Dövlət Baxçalının verdiyi açıqlamalar müzakirə mövzusu olub. Baxçalının açıqlamaları ilə bağlı Özəl, "Bəlli ki, Cümhur İttifaqında problemlər var. Baxçalı bizim ittifaqımıza qatıla bilər" deyib.
Sherg.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın CHP sədri Özgür Özəl və qətlə yetirilən Ülkü Ocaklarının keçmiş sədri Sinan Ateşin həyat yoldaşı Ayşe Ateşlə görüşləri gündəmə gələrkən MHP sədri Dövlət Baxçalı diqqətçəkən açıqlamalar verib.
Baxçalı, "MHP normallaşmaya maneə olaraq görülsə, lazım olanı edəcəyik" deyib.
Cümhur İttifaqına bağlılıqlarını davam etdirdiklərini vurğulayan Baxçalı bunları qeyd edib:“AK Partiya ilə CHP arasında geniş əsaslı ittifaqın qurulması səmimi arzumuzdur”.
Baxçalının açıqlamalarını CHP sədri Özgür Özəl dəyərləndirib.
“Mən bu süni müzakirələrlə ictimaiyyəti cəlb etmək istəmirəm. Bəlli ki, problemlər var. Cümhur İttifaqının problemləri onlara aiddir. Bu, bizim problemimiz deyil. Biz son seçkiyə bir siyasi partiya ilə ittifaq yaradaraq qatılmadıq. Müttəfiqlik tərəfdaşı olmadığımıza görə, mübahisə edəcəyimiz kimsə yoxdur.
Cənab Baxçalını da dəvət edirik. Əgər öz ittifaqı onu qane etmirsə, bizim ittifaqımıza daxil ola bilər. Siyasi partiyaların birləşməsinə ehtiyac yoxdur. CHP ilə başqa siyasi partiyaya ittifaq təklif etməyə ehtiyac yoxdur. Heç kim bizə müttəfiqlik təklif etməməlidir”.
“Heç kim bizə müttəfiqlik təklif etməsin" deyə təpki göstərən Özəl daha sonra vurğulayıb: "Baxçalı məsuliyyətdən qaçmasın. Ölkəni bu vəziyyətə salıb, şərikini bizə tərəf itələməməlidir".
Özəl, Baxçalı mümkün erkən seçki çağırışı edərsə, bunu qiymətləndirəcəklərini də bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski və Tramp Nyu-Yorkda görüşdü
22:15 22.09.2026
Gündəm
Yalçın Rəfiyev BMT Baş Assambleyasında çıxış etdi
22:02 22.09.2026
Siyasət
Pezeşkianın təyyarəsi Əlcəzairdə eniş etdi
21:36 22.09.2026
Gündəm
Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
21:01 22.09.2026
Dünya
Saatlar 1 saat geri çəkiləcəkmi?
20:51 22.09.2026
Dünya
Quterreş BMT tribunasında vida çıxışı etdi
20:28 22.09.2026
Dünya
Tramp Qrenlandiya və Danimarka ilə təhlükəsizlik sazişi imzalayıb
20:07 22.09.2026
Gündəm
Tramp İlham Əliyevdən sitat gətirdi
19:37 22.09.2026
Gündəm
Tramp: Seçkilərdən sonra İranla razılaşma əldə edə biləcəyik
19:02 22.09.2026
Gündəm