Parlament Azərbaycan ilə İordaniya arasında əməkdaşlıq haqqında Sazişi ratifikasiya edib

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.

APA-nın xəbərinə görə, müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.