REAL namizədlərini elan etdi - Siyahı


REAL  millət vəkilliyinə namizədlərini müəyyənləşdirib.
"Sherg.az" xəbər verir ki , bu barədə sosial media hesablarında REAL sədri İlqar Məmmədov məlumat yayıb.  İ.Məmmədov bildirib ki , bugün REAL partiyası Siyasi Komitəsi qərara aldı ki, bu üzvlərimizin namizədliyi qarşıdan gələn parlament seçkilərində irəli sürülsün:

Erkin Qədirli
İlqar Məmmədov
Elçin Əliyev
Mahmud Mahmudov
Natiq Cəfərov
Toğrul İskəndərli
Rəsul Cəfərov
Zöhrab Əliyev
Samir Məmmədov
Elşən Ədalətli
Rüstəm Hidayətzadə
Vasif Novruzov
Razim Rzayev 

Digər bir neçə üzvümüzə dair yaxın günlərdə əlavə məsləhətləşmə aparacağıq və bu həftənin sonuna qədər onların da qərarı veriləcək.

Namizəd sayının nisbətən az olması partiyamızın maddi imkanları ilə bağlıdır. Tək bu sayda namizədin uğurlu kampaniyasını keçirməyə vəsaitimiz çatar, hətta seçki vaxtı yığacağımız ianələr nəzərə alınmaqla. Odur ki, maddi resurs əsas götürülməklə, ən yaxşı nəticə göstərə biləcəyimiz dairə və şəxslər üzərindən kampaniya aparmaq qərarına gəldik.

İ.Məmmədov qeyd edib ki , dairələr  seçki rəsmən elan olunandan sonra elan ediləçək.
Turan