Bilal Hayenin Azərbaycandakı missiyası başa çatdı

Pakistan səfiri Bilal Hayenin Azərbaycandakı diplomatik missiyası başa çatıb.
Axar.az xəbər verir ki, bu barədə Pakistanın Azərbaycandakı səfirliyinin X hesabında paylaşım edilib.

Bildirilib ki, Bilal Haye bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla vidalaşıb:

"Səfir hörmətli nazirə işlədiyi müddətdə Azərbaycandakı diplomatik missiyasına göstərdiyi dəstəyinə və əməkdaşlığa görə təşəkkür edib. Yaşasın Pakistan-Azərbaycan dostluğu".