Məzahir Pənahov tapşırıq verdi: Dəqiqləşdirilsin!

Seçici siyahılarının dəqiqləşməsi ilə bağlı işlər yekunlaşmalıdır.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.

"Seçicinin səsvermə hüququnun reallaşdırması mütləqdir. Kiminsə adı obyektiv və ya subyektiv səbəbdən siyahıya düşməyibsə, bütün məntəqələrə müvafiq tapşırıq verilməli, əlavə siyahıya daxil edilməlidirlər. Kiminsə müraciət etməsi, amma səsverməyə imkan yaradılmaması faktı hələ olmayıb", - o bildirib.