Ərdoğan da Astanaya yola düşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın paytaxtı Astanaya yola düşüb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki,Ərdoğan iyulun 3-4-də Astanada keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Şurasının 24-cü sammitində iştirak edəcək. Onun sammit çərçivəsində bəzi liderlərlə, o cümlədən Rusiya Prezidenti Vladimir Putinlə görüşü gözlənilir.