Azərbaycanın ŞƏT-ə dəvəti Prezidentin beynəlxalq siyasi kursunun... -ŞƏRH

Qazaxıstanın paytaxtı Astanada Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Zirvə görüşü keçirilib. ŞƏT+” formatında keçiriləcək Sammitdə 16 ölkənin dövlət və hökumət başçıları iştirak ediblər. Bu nüfuzlu təşkilatın Zirvə görüşündə iştirak etmək üçün Azərbaycan Prezidenti İlham Əliyev Astana şəhərinə səfər edib. Səfər çərçivəsində  Azərbaycan Prezidenti bir sıra dövlətlərin rəhbərləri ilə görüşlər keçirib və vacib sənədlər imzalanıb. Qardaş ölkələr olan Azərbaycan, Türkiyə və Pakistanın dövlət rəhbərlərinin də birgə görüşü baş tutub.

Millət vəkili Azər Badamov “Sherg.az”a açıqlamasında ŞƏT-in beynəlxalq nüfuza malik, əhəmiyyətli  beynəlxalq təşkilat olduğunu deyib. Onun sözlərinə görə,  bu təşkilatda təmsil olunan dövlətlər böyük iqtisadi potensiala malikdir:
"ŞƏT regional əməkdaşlıq forumu statusuna malik olmaqla 9 üzv (Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan, İran), 3 müşahidəçi üzvü (Əfqanıstan, Monqolustan, Belarus) və 14 dialoq tərəfdaşı (Azərbaycan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Ermənistan, Misir, Kamboca, Qətər, Küveyt, Maldiv, Myanma, Nepal, Səudiyyə Ərəbistanı, Şri-Lanka) dövlətlərini özündə birləşdirir. Təşkilata üzv olan 9 ölkənin birgə nominal ümumi daxili məhsulu (ÜDM) 24.4 trilyon dollardır və Avropa İttifaqının birgə ÜDM-dən 6.0 trilyon dollar çoxdur. Təşkilata üzv olan dövlətlər qlobal nominal ÜDM-in 20 faizdən çoxunu formalaşdırırlar. Dünya neft ehtiyatlarının 20, qaz rezervlərinin isə 44 faizi bu təşkilata üzv olan ölkələrin payına düşür. Dünya əhalisinin 40 faizinin məskunlaşdığı təşkilat dövlətlərinin qlobal iqtisadiyyatdakı payı hər il daha da atmaqdadır".

Millət vəkilinin sözlərinə görə,  Azərbaycanın belə mötəbər təşkilatın Sammitinə ikinci dəfə dəvət olunması ölkəmizin, xüsusilə Prezident İlham Əliyevin dünya miqyasında nüfuzunun və dövlətimizin başçısına göstərilən yüksək ehtiramın ifadəsidir: 
“Azərbaycanın ŞƏT-lə əməkdaşlığı: 2015-ci ildə ŞƏT-ə üzv dövlətlərinin başçıları Şurasının iclasında Azərbaycana tərəfdaş statusun verilməsi ilə bağlı  qərar qəbul edilib,  2016-cı ildə Pekində Azərbaycana ŞƏT-in dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında Memorandum imzalanıb.  Azərbaycan Prezidenti artıq ikinci dəfədir ki, ŞƏT-ə üzv ölkələrin Zirvə toplantısına dəvət olunur. 2022-ci ildə isə ŞƏT-in Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə Görüşündə Prezident İlham Əliyev fəxri qonaq qismində iştirak edib.
 Azərbaycanın ŞƏT-ə dəvət olunması Prezident İlham Əliyevin beynəlxalq siyasi kursunun uğuru və ölkəmizin nüfuzunun göstəricisidir. Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına daxil dövlətlərlə çox yüksək səviyyəli ikitərəfli münasibətləri var. Astanada sammit çərçivəsində Prezident İlham Əliyevin Rusiya, Çin, Türkiyə, Pakistan, Qazaxıstan dövlət başçıları ilə ikitərəfli görüşlər keçirilib. 
Bu görüşlərdə ölkələrarası ikitərəfli münasibətlərin inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılıb. Şanxay Əməkdaşlıq Təşkilatı nəqliyyat, logistika, regional təhlükəsizlik, iqtisadi və siyasi əməkdaşlıq, humanitar əməkdaşlıq və digər sahələri üzrə münasibətlərin inkiafına töhfə verir. O cümlədən Azərbaycanın təqdim etdiyi Şimal-Cənub və Qərb-Şərq nəqliyyat dəhlizlər Şanxay Təşkilatına daxil dövlətlərin Avropa dövlətləri ilə iqtisadi əməkdaşlıq imkanlarını genişləndirir.  Belə ki, Bakı-Tiblisi-Qars dəmir yolunun yük buraxma gücücnün 5 milyon tona çatırılması və yaxın gələcəkdə Zəngəzur dəhlizinin açılması daha böyük imkanlar yaradır. Bu baxımdan Azərbaycanla ŞƏT əməkdaşlığının genişlənməsi həm ölkəmiz üçün həm də bu təşkilata daxil dövlətlər üçün qarşılıqlı fayda verəcəkdir”.