Sülh sazişinin imzalanması vacibdir - Mirzoyan

İrəvanla Bakı arasında sülh sazişinin imzalanması vacibdir.

Axar.az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ABŞ senatoru Rocer Uikerin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti ilə görüşdə deyib.

Mirzoyan Almatı Bəyannaməsi əsasında delimitasiya prosesinin davamlılığının və sülh sazişinin imzalanmasının vacibliyini qeyd edib.