Ceyhun Bayramov belçikalı həmkarı ilə görüşüb

ABŞ-də səfərdə olan xarici işlər naziri Ceyhun Bayramov Belçikanın xarici işlər, Avropa işləri, xarici ticarət və federal mədəni təsisatlar naziri Hadija Labib ilə görüşüb.
“Sherg.az”-ın məlumatına görə, görüşdə Azərbaycanla Belçika arasında ikitərəfli əməkdaşlıq, eləcə də ticarət, enerji təhlükəsizliyi, nəqliyyat kommunikasiya, habelə ölkəmizin COP29-a sədrliyi ilə əlaqədar, o cümlədən digər sahələrdə tərəfdaşlıq məsələləri müzakirə edilib.
Eyni zamanda tərəflər post-konflikt dövründə regional vəziyyət və Ermənistan-Azərbaycan normallaşması ilə bağlı fikir mübadiləsi aparıblar.