Zelenski İrlandiyaya səfər edib

Ukrayna Prezidenti Volodimir Zelenski İrlandiyaya səfər edib.
"Report" “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə RTE telekanalı məlumat yayıb.
Məlumata görə, onu hava limanında İrlandiyanın Baş naziri Saymon Harris qarşılayıb.
İkitərəfli görüş zamanı V.Zelenski və S.Harris Ukraynadakı müharibəni müzakirə edəcəklər.
“Saymon Harris ölkəsinin Ukraynanın Aİ-yə daxil olmaq cəhdinə dəstəyini bir daha təsdiqləyəcək. Müharibə başlayandan bəri Rusiya və Belarusa deportasiya edilmiş minlərlə ukraynalı uşağa yardım təklif edəcək. O, İrlandiyanın 20 minə yaxın uşağın vətənlərinə qaytarılmasını tələb edən beynəlxalq koalisiyaya üzvlüyünü təsdiq edəcək”, - məlumatda bildirilib.