Ukrayna səfiri Zelenskinin sözlərinə görə Hindistan XİN-ə çağırılıb
Yusif Nəzərli
06:28 16.07.2024
Dünya
294
Ukraynanın Hindistandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.
APA “The Economic Times” qəzetinə istinadən xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin Hindistanın Baş naziri Narendra Modinin Rusiyaya səfəri barədə dedikləri rəsmi Dehlidə narazılıqla qarşılanıb.
Qeyd edək ki, Zelenski Modinin Rusiyaya səfərini və Prezident Putinlə görüşünü Ukrayna məsələsi ilə bağlı sülh səylərinə sarsıdıcı zərbə adlandırmışdı.
Hindistan XİN bununla bağlı etirazını ukraynalı diplomata çatdırıb.
Bundan başqa, qəzet yazır ki, Mədəni əlaqələrin inkişafına dair Hindistan-Ukrayna işçi qrupunun birgə iclası da təxirə salınıb.
Hindistanın Baş naziri iyulun 8-9-da Rusiyaya səfər edib. Səfər çərçivəsində 22-ci Rusiya-Hindistan sammiti keçirilib, eyni zamanda iki ölkə arasında bir neçə sənəd imzalanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə