ABŞ-nin dəstəyi olmazsa, İsrail bircə gündə məğlub olar

Nə qədər ki bu bazalar müsəlman ölkələrinin ərazisindədir, nə dinimizin, nə də evimizin sahi
bi özümüz ola biləcəyik


  "İsrailin Fələstin, Livan və Suriyada müsəlmanlara qarşı törətdiyi bütün cinayətlərin arxasında duran, onu işğal və soyqırımla öz ərazilərini genişləndirməyə həvəsləndirən əsas güc, şübhəsiz ki, ABŞ-dir". Bu barədə politoloq, Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü deyib. Ekspert bildirib ki, ABŞ-nin Yaxın Şərqdə - 11 müsəlman ölkəsində yerləşdirdiyi 50-yə yaxın hərbi bazasının əsas missiyası həm bu ölkələrin Qərbə xidmət edən hakimiyyətlərini, sülalə rejimlərini qorumaq, həm də İsrailin təhlükəsizliyini təmin etməkdir:

"Həqiqətən, ABŞ-nin dəstəyi olmazsa, İsraili bircə gün içərisində məğlub edərlər. Hazırda 60 min nəfərdən çox amerikalı hərbçinin xidmət keçdiyi bu bazalar enerji qaynaqlarıyla zəngin və əsas nəqliyyat arteriyalarına sahib islam coğrafiyasını nəzarətdə saxlayacaq hərbi-siyasi əməliyyatların hazırlandığı, icra və koordinasiya edildiyi, eyni zamanda İsraili informasiya ilə təchiz edən və müsəlmanların hücumlarından qoruyan əsas mərkəzlərdir. Özünü müsəlman sayan, islam dininə xidmət etdiyini deyən ölkələr, ilk növbədə, iradə göstərərək, ərazilərindəki ABŞ hərbi bazalarının fəaliyyətinə son qoymağı, torpaqlarından çıxarmağı bacarmalıdırlar. Nə qədər ki bu bazalar müsəlman ölkələrinin ərazisindədir, nə dinimizin, nə də evimizin sahibi özümüz ola biləcəyik. Ya özləri beləcə qanımızı tökəcəyik, ya da bizi onilliklər boyu bir-birimizə qırdıraraq, hökmranlıqlarını sürdürəcəklər".