BMT-nin baş katibi Bakıda inkişaf etmiş ölkələri tənqid etdi: "Mən də qəzəbliyəm"
Yusif Nəzərli
10:27 13.11.2024
Siyasət
411
"G20 ölkələri dünyadakı emissiyaların 80 faizinin yaranmasına cavabdehdir. Sizin qəzəbli olmağa tam haqqınız çatır, mən də qəzəbliyəm. Çünki baş verən bu ədalətsizlik dənizlərin səviyyəsinin yüksəlməsi nəticəsində sizin adaların gələcəyini təhlükə altına alır, sakinlər təbii fəlakətlərdən əziyyət çəkir, iqtisadiyyata böyük zərbə dəyir. Bu ədalətsizliyə son qoyulmalıdır".
AZƏRTAC xəbər verir ki, bu fikirləri BMT-nin Baş katibi Antonio Quterreş COP29 çərçivəsində İnkişaf etməkdə olan Kiçik Ada Dövlətlərin (SIDS) iqlim dəyişikliklərinə həsr olunmuş Liderlər Sammitində səsləndirib.
O bildirib ki, inkişaf etməkdə olan kiçik ada dövlətləri iqlim mühafizəsi ambisiyalarının necə olmasını bütün dünyaya nümayiş etdirirlər. Dünya bu ölkələri dəstəkləməli, 1,5 dərəcə hədəfini qorumaq üçün səyləri əsirgəməməli, milli iqlim fəaliyyət planlarını inkişaf etdirməlidir. Bu isə öz növbəsində 2030-cu ilədək qlobal emissiyaların ildə doqquz faiz azalması ilə nəticələnə bilər.
Baş katib diqqətə çatdırıb ki, kiçik ada dövlətləri yaranmasında heç bir rol oynamadıqları böhranın öhdəsindən gəlməkdə dəstəyə layiqdirlər. Bu məqsədlə də iqlim maliyyələşməsinin uğurla razılaşdırılması tələb olunur.
Qeyd edilməlidir ki, SIDS iqlim dəyişmələrinin mənfi təsirlərinə məruz qalan həssas ölkələr kateqoriyasında yer almaqdadır. Adalardan ibarət və sahil ölkələrini öz sıralarında birləşdirən alyans dəniz səviyyəsinin artması və qlobal istiləşmənin digər fəsadlarını beynəlxalq müzakirələr gündəliyinə çıxarır. Alyansa 39 dövlət və beş müşahidəçi ölkə daxildir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm
Azərbaycan və Tacikistan Məkkə Konvensiyasını imzalayıb
18:04 28.10.2026
Gündəm
Azərbaycanda aliment artırılacaq
17:57 28.10.2026
Sosial
TRIPP Ermənistanın sülhə gedən yolunu qısaldır - ŞƏRH
17:36 28.10.2026
Cənubi Qafqaz
Azərbaycan və BƏƏ arasında “Yol Xəritəsi” imzalandı
17:20 28.10.2026
Gündəm
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
17:12 28.10.2026
Aktual
Azərbaycanda 17 min manata pişik satılır - FOTO
16:42 28.10.2026
Maraqlı
Özəl məhkəmə ekspertizasına nəzarət dəyişir - Əsas meyar açıqlanıb
16:38 28.10.2026
Aktual
Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb
16:21 28.10.2026
Hadisə
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirib
16:19 28.10.2026
Ölkə
Nazir Murat Kurum Ankara bələdiyyə başqanı Mansur Yavaşı qəbul edib
15:58 28.10.2026
Dünya
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət