Ceyhun Bayramov ATƏT-in yeni Baş katibi ilə telefon danışığı aparıb

Xarici işlər naziri Ceyhun Bayramov ilə ATƏT-in yeni təyin olunmuş Baş katibi Feridun Hadi Sinirlioğlu arasında telefon danışığı baş tutub.

XİN-dən APA-ya verilən xəbərə görə, telefon danışığı zamanı, nazir Ceyhun Bayramov Türkiyə Xarici İşlər Nazirliyində böyük diplomatik təcrübəyə malik səfir Feridun Sinirlioğlunun yekdilliklə ATƏT Baş katibi təyin olunması münasibətilə səmimi təbriklərini çatdırıb, ona davamlı uğurlar arzulayıb.

Azərbaycanın ATƏT ilə əməkdaşlığa verdiyi önəm Baş katibin diqqətinə çatdırılıb.Tərəflər ATƏT çərçivəsində əməkdaşlıq gündəliyinin müxtəlif məsələləri və perspektivləri üzrə fikir mübadiləsi aparıblar.