
Ukraynalı qaçqınların geri dönməsi üçün müəyyən sabitlik yaranmalıdır - RƏY
Yusif Nəzərli
17:12 03.01.2025
Siyasət
584
Qərb ölkələrinin bəzi liderləri ukraynalılardan ucuz işçi qüvvəsi kimi istifadə edir, Kiyev hakimiyyətindən isə işsiz qaçqınların Ukraynaya qaytarılmasını tələb edirlər. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Rada” telekanalının efirində bildirib.
Dövlət başçısı vurğulayıb ki, mən onlara deyirəm ki, gəlin bu barədə mətbuat konfransında danışaq, heç biri bunu istəmir. Çünki onların cəmiyyətləri bütün bunlara fərqli yanaşır. Onlar pullarını sayırlar, xaricdəki ukraynalıları dəstəkləmək üçün ildə nə qədər pul xərclədiklərini sayırlar. Orada işləməyən ukraynalılar haqqında isə deyirlər ki, onları ölkənizə qaytarın.

Politoloq Sultan Zahidov “Sherg.az”a söyləyib ki, 2022-ci ilin fevralında Rusiya Ukraynanı işğal etdikdən sonra rəsmi Kiyevdən milyonlarla qaçqın Avropanın müxtəlif şəhərlərinə, o cümlədən Polşa, Ruminiya və Almaniyaya səpələndilər:
“Hazırda da Avropada milyonlarla qaçqın yer almaqdadır. Ukraynalılar daxili rəqabətə tab gətirə bilmək üçün özlərini ucuz işçi qüvvəsi kimi təqdim etməli olmuşdular. Bundan isə bəzi Avropa şirkətləri sui-istifadə etdi və ukraynalıları ucuz işçi qüvvəsi olaraq işə cəlb etməyə başladılar. Bu isə Ukrayna daxilində müəyyən gərginlik yaratdı və yerli işçilər bundan narazı olmağa başladılar. Qaçqınların peyda olmasına səbəb isə təbii ki, Rusiyanın işğalçı savaşa başlaması idi. Burada Ukraynanın edəcəyi heç nə yoxdur və həmin şəxsləri məcburi şəkildə geri qaytara bilməzlər. Qaçqınların geri dönməsi üçün müəyyən sabitlik yaranmalıdır. Eyni zamanda Avropa şirkətləri də ucuz içki qüvvəsi kimi ukraynalıları istifadə etməkdə maraqlı olmamalıdırlar. Ümumiyyətlə, Ukrayna ilə Avropa arasında qaçqınlar məsələsində ciddi fikir ayrılıqları mövcuddur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual