Səfirliklərimizdə yeni ştatlar açılmalıdır - Xalq şairi təklif verdi
13:10 09.01.2025
Aktual
638
Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyi, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 5-6 dekabr 2024-cü il tarixlərində Bakı şəhərində “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda keçirilmiş ikinci beynəlxalq konfransın iştirakçılarına müraciətini və konfransın yekun sənədini BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının rəsmi sənədləri kimi yayıb.
Qərbi Azərbaycan İcmasının yaydığı məlumatda bildirilib ki, Qərbi azərbaycanlıların öz doğma torpaqlarına geri qayıdışı ilə bağlı məsələni hər zaman diqqətdə saxlayan Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətinin BMT-nin rəsmi sənədi kimi yayılması, Qərbi Azərbaycan mövzusunun beynəlxalq gündəlikdə profilinin artması baxımından xüsusi əhəmiyyət kəsb edir: "Eyni şəkildə, konfransın yekun sənədinin BMT-nin rəsmi sənədi kimi yayılması, Qərbi Azərbaycan İcmasının mötəbər qurum kimi beynəlxalq aləmdə qəbul edilməsi və konfransın nəticələrinin beynəlxalq aləmə çatdırılması baxımından effektiv addım olmuşdur. Bu sənədlərin yayılması, sözügedən illik beynəlxalq konfransın qayıdış hüququ və ümumiyyətlə, beynəlxalq humanitar hüquq sahəsində beynəlxalq aləmdə ən mühüm platformalardan biri kimi qəbul edilməsinə böyük töhfə verir".
Mövzu ilə bağlı "Sherg.az"a danışan Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının üzvü, Xalq şairi Vahid Əziz deyib ki, cənab prezidentin səsləndirdiyi tələblər haqlı tələblərdir.
O, vurğulayıb ki, sözügedən sənədlərin, BMT Təhlükəsizlik Şurası və Baş Assambleyası tərəfindən rəsmi olaraq yayılması çox müsbət bir addımdır və Azərbaycanın beynəlxalq arenadakı nüfuzunun yüksək olduğunu nümayiş etdirir:
“Bildiyiniz kimi, mən də Qərbi Azərbaycandan zorla çıxarılanlardanam. Biz 1948-1953-cü illərdə köçürülənlər sırasındayıq. Qərbi Azərbaycan İcmasının yaradılması və bir sıra işlərin görülməsi müsbət bir hadisədir. Lakin haqqımızı dünya ictimaiyyətinə qəbul etdirmək üçün daha çox çalışmalıyıq. BMT-nin məsələləri gündəmə gətirməsi vacib olsa da, təbliğat işimizi xarici ölkələrdə daha güclü və təsirli şəkildə həyata keçirməliyik. Xarici ölkələrdə yaşayan azərbaycanlıların öz təşəbbüsü ilə yaratdığı dərnəklər, təşkilatlar bu sahədə daha çox iş görürlər. Mənə elə gəlir ki, Azərbaycanın xarici ölkələrdəki səfirliklərində ayrıca ideoloji ştat açmaq lazımdır ki, məhz Azərbaycanın hüquqlarını xarici ölkələrdə tanıtmağı bacarsın. Diplomatlar özləri üçün biznes yaratmasın, Azərbaycanın qeyrətini çəksinlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Venesuela ilə dünya tarixində ən böyük neft sazişini bağladı
16:50 31.08.2026
Gündəm
Hakan Fidan: Məkkə Müdafiə İttifaqı NATO-ya alternativ deyil
16:46 31.08.2026
Dünya
Plastik cərrahların sayı artdı
16:41 31.08.2026
Sağlamlıq
Pezeşkian: Ağıllı insan müharibədən uzaq durar
16:25 31.08.2026
Region
Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verdi
16:24 31.08.2026
Hadisə
“İran uçuruma doğru gedir, Pezeşkian bunu anlayır” - RƏY
16:17 31.08.2026
Siyasət
Benzema Messi ilə yenidən eyni liqada çıxış edə bilər
16:11 31.08.2026
Futbol
İran ordusu: Tramp Hörmüz boğazını ancaq yuxusunda görə bilər
15:57 31.08.2026
Gündəm
Paşinyan və Əliyevin Bişkek görüşünün detalları açıqlanıb
15:48 31.08.2026
Gündəm
Rəcəb Tayyib Ərdoğan Qırğızıstanda səfərdədir
15:45 31.08.2026
Gündəm
Məsud Pezeşkian: İran müharibənin davam etməsində maraqlı deyil
14:57 31.08.2026
Region
Laçının Ağbulaq kəndində “Xatirə bulağı” istifadəyə verilib
14:47 31.08.2026
Qarabağ
Çinin Avropaya Rusiya ilə bağlı gizli vədi üzə çıxdı
14:41 31.08.2026
Dünya
Xameneinin SEPAH-dakı nümayəndəsi öldürüldü
14:30 31.08.2026
Gündəm