Beynəlxalq Dekolonizasiya Cəbhəsi İlham Əliyevin Dəmir Yumruğunu özünə rəmz seçib

Fransa müstəmləkəsi olan əraziləri özündə birləşdirən Beynəlxalq Dekolonizasiya Cəbhəsinin yanvarın 23-24-də Kanakidə (Yeni Kaledoniya) keçirilmiş konqresində qəbul edilən qərarlardan biri Cəbhənin rəsmi simvolunun müəyyənləşdirilməsi olub.
APA xəbər verir ki, Azərbaycan torpaqlarının işğalına son qoyulmasında simvola çevrilən Dəmir Yumruq bundan sonra həm də kolonializmə qarşı mübarizənin simvolu olacaq. Beynəlxalq Dekolonizasiya Cəbhəsi Prezident İlham Əliyevin Dəmir Yumruğunu özünə rəmz kimi seçib.

Xatırladaq ki, Beynəlxalq Dekolonizasiya Cəbhəsi 2024-cü ilin iyulunda Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Bakıda Fransanın son koloniyalarının nümayəndələri tərəfindən yaradılıb.