Makron daxili problemləri yeni seçki ilə çözməyə ümid edir
12:02 07.07.2025
İqtisadiyyat
498
Fransada 2024-cü ildə keçirilmiş növbədənkənar seçkinin radikal sağçıların hakimiyyətə gəlmək təhlükəsi yaratmasına baxmayaraq, ölkə prezidenti Emmanuel Makron yenidən seçki təşəbbüsü ilə çıxış edə bilər.
Oxu.Az bu barədə "Politico"ya istinadən xəbər verir.
Bildirilir ki, dövlət başçısı hökumətdəki dərin problemləri məhz yeni seçki ilə həll etmək niyyətindədir və bu ideya onu ciddi şəkildə cəlb edir.
Makronun narazı olduğu əsas fiqurlardan biri hazırkı baş nazir Fransua Bayrudur. Risk etməyə meylli olmayan və ehtiyatlı siyasət yürüdən Bayrunun bu xüsusiyyəti prezidentin narazılığına səbəb olub. Bildirilir ki, Makron parlamentin baş naziri ya büdcə müzakirələri zamanı, ya da 1990-cı illərdə təhsil naziri olarkən uşaq zorakılığı ilə bağlı yaranmış köhnə qalmaqal səbəbilə vəzifədən kənarlaşdıracağına ümid edir.
Əgər Fransa hökuməti dağılarsa, Makron sadəcə baş naziri dəyişərək müdafiə naziri Sebastyan Lekornyunu bu vəzifəyə gətirəcək. Beləliklə də Bayru və Barnyenin bacarmadığı islahatları həyata keçirməyə çalışacaq.
Fransa siyasi dairələrində isə Bayru artıq "siyasi cəhətdən ölü" hesab olunur və buna görə də bu payızda növbədənkənar seçkinin keçiriləcəyi barədə xəbərlər artıq təkcə şayiə yox, real ehtimal kimi dəyərləndirilir.
Hazırda bu seçki ilə bağlı rəsmi planlamanın izləri görünmür. Lakin problem də elə bundadır - Makron son anda qərar verməsi ilə tanınır. Keçən yay da məhz belə etmişdi.
Xatırladaq ki, 2024-cü ilin dekabrında Fransa prezidenti Emmanuel Makron parlamentin etimadsızlıq səsverməsindən sonra baş nazir Mişel Barnyenin hökuməti istefaya göndərmək barədə müraciətini qəbul etmişdi. Etimadsızlığa səbəb isə 2025-ci il üçün təklif olunan dövlət büdcəsi idi. Makronun sərfəli görünməyən iqtisadi siyasəti cəmiyyətə mənfi təsir göstərmiş və nəticədə baş nazirin mövqeyini də sarsıtmışdı. Halbuki Barnye prezidentin azsaylı sadiq tərəfdarlarından biri hesab olunurdu.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda oğurluq edən şəxslər saxlanıldı
19:10 12.11.2026
Hadisə
Məhkəmə general-mayor Natiq Əliyevin qızı ilə bağlı qərar verdi
18:48 12.11.2026
Hadisə
Ağ Evin yaxınlığında silahlı insident: azı 4 nəfər yaralanıb
18:33 12.11.2026
Dünya
Rusiya Prezidenti: Ukraynada əbədi sülh istəyirəm
18:20 12.11.2026
Gündəm
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
18:14 12.11.2026
Dünya
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb
16:21 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
16:03 12.11.2026
Gündəm