DİN avtobus dayanacaqlarını zəbt edən sürücülərə xəbərdarlıq edib
Yusif Nəzərli
07:36 09.07.2025
Cəmiyyət
450
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi avtobus dayanacaqlarını zəbt edən sürücülərə xəbərdarlıq edib.
Nazirlikdən verilən xəbərə görə, dəfələrlə edilən xəbərdarlıqlara və intizam tədbirlərinə baxmayaraq hələ də avtobus dayanacaqlarında nəqliyyat vasitələrini saxlayan sürücülərə rast gəlinir:
"Nəzərə alınmalıdır ki, belə olan halda ümumi istifadədə olan nəqliyyat vasitələri, yəni avtobuslar yolun hərəkət zolağında dayanmalı olur. Bu da sərnişinlərin və piyadaların həyatı üçün ciddi təhlükə yaradır.
Qeyd edək ki, 5.12, yəni “Avtobusun dayanacaq yeri” nişanının tələbini pozan digər hərəkət iştirakçıları polis əməkdaşı tərəfindən vizual olaraq və ya xüsusi texniki vasitələrlə aşkarlandığı təqdirdə barələrində inzibati xəta protokolu tərtib edilir.
Həmçinin, sürücülər onu da bilməlidirlər ki, dayanacaqlarda avtobusların normal hərəkətinə, sərnişinlərin rahat minib-düşməsini təmin etmək məqsədi ilə qeyd edilən nişanın qoyulduğu yerdən hər iki tərəfə 15 metrdən az olmamaqla yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanması və durması da qadağandır. Yaşayış məntəqələrində sürücülər dayanacaqdan hərəkətə başlayan avtobuslara yol verməli, avtobus sürücüləri isə yalnız onlara yol verildiyinə əmin olduqdan sonra hərəkətə başlamalıdırlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
18:14 12.11.2026
Dünya
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb
16:21 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
16:03 12.11.2026
Gündəm
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
15:37 12.11.2026
Ölkə
Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb
15:13 12.11.2026
Gündəm
"Mançester Yunayted” baş məşqçi Maykl Kerriki istefaya göndərib
14:09 12.11.2026
Futbol
Aİ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək
13:54 12.11.2026
Gündəm