Yanlış bilirdik, dünyaca məşhur heykəl “Çin malı” çıxdı
09:10 04.09.2025
Maraqlı
486
Dünyaca məşhur “Venesia Aslanı” heykəlinin Çində istehsal edildiyi və daha sonra İpək Yolu vasitəsilə Avropaya gətirildiyi üzə çıxıb.
Sherg.az xəbər verir ki, 700 ildən artıqdır ki, Venesiyanın məşhur San Marko Meydanına baxan bürünc “Venesia Aslanı”nın mənşəyi yeni araşdırma ilə müəyyən edilib.
Simvolun Avropada deyil, təxminən 9 min 650 kilometr uzaqlıqdakı Çində hazırlandığı məlum olub.
Təxminən 3 min kiloqram ağırlığında olan heykəlin Çinin Aşağı Yanqzi çayı hövzəsindən çıxarılan mislə töküldüyü təsbit edilib.
Üstəlik, heykəlin Mezopotamiya və fars qrifonlarından deyil, Tan sülaləsinə aid “tomb guardian” (zhènmùshòu) - qəbir qoruyucularından ilhamlandığı üzə çıxıb.
Padua Universitetindən Dr. Massimo Vidale bildirib:
“Venesia sirrlərlə dolu şəhərdir, amma onlardan biri artıq açıldı. Müqəddəs Markın Aslanı əslində Çinlidir və İpək Yolu ilə gəlib”.
Heykəlin Venesiyaya dəqiq necə gətirildiyi barədə yazılı sənəd yoxdur.
Lakin tədqiqatçılar ehtimal edir ki, Marko Polonun atası Nikolo Polo XIII əsrdə Pekindəki monqol sarayında heykəli görmüş və onu İpək Yolu vasitəsilə şəhərə gətirmiş ola bilər.
1293-cü ilə aid sənədlər, Venesiyanın böyük sütunlarının üstündəki aslan heykəlinin həmin dövrdə belə zədələnmiş olduğunu və bərpaya ehtiyac duyduğunu göstərir.
Tədqiqatçılar heykəlin mis mənşəyini müəyyənləşdirmək üçün “qurğuşun izotop analizi” aparıblar. Analiz, misin Çindəki Yanqzi hövzəsindən gəldiyini təsdiqləyib.
Həmçinin vizual araşdırmalar heykəlin əslində buynuzlara sahib olduğunu və sonradan Avropada qanadlı aslana bənzədilmək üçün yenidən işlənildiyini üzə çıxarır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Günün qoroskopu: İşdə məsuliyyətləriniz arta bilər
08:18 10.07.2026
Cəmiyyət
Madonna, Şakira, BTS və Castin bir səhnədə!
07:44 10.07.2026
Şou
Mədə yanması – Həmişə qastrit deməkdirmi?
07:07 10.07.2026
Sağlamlıq
"Qarabağ" ən böyük uğuruna imza ata bilər - Gözəl
06:36 10.07.2026
İdman
Avropa Parlamenti rəqəmsal avronun yaradılmasını təsdiqləyib
04:40 10.07.2026
İqtisadiyyat
Onlar “Emmi” namizədidir!
04:00 10.07.2026
Şou
Dünyada doğumun ən yüksək və ən aşağı olduğu ölkələr açıqlandı
02:49 10.07.2026
Maraqlı
Azərbaycan və Türkiyəyə bir daha təşəkkür edirəm
01:26 10.07.2026
Siyasət
Oyun planında narazılığım var idi - Qurbanov
01:04 10.07.2026
Futbol
Bayramovun “sensasion” bəyanatına İrəvandan cavab
23:08 09.07.2026
Cənubi Qafqaz
Əli Xameneinin dəfn mərasimi başladı - YENİLƏNDİ
21:54 09.07.2026
Gündəm
Son 20 ildə ilk dəfə Fələstində parlament seçkisi təyin edildi
21:25 09.07.2026
Dünya