PUA konsepsiyası nəticə verdi, PKK çəkildi - ŞƏRH
03:40 28.10.2025
Siyasət
708
Telman Nüsrətoğlu: “PKK-nın geri çəkilməsi Türkiyənin tarixi zəfəridir”
PKK terror təşkilatı Türkiyədən tamamilə çəkildiyini açıqlayıb. PKK terror təşkilatı İraqın Türkiyə ilə sərhəddə Zap və Metina bölgələrindəki düşərgə və mağaralardan da çıxacaq. Qeyd olunur ki, sərhəd bölgələrində münaqişə riski yaradan mümkün təxribatlara şərait yaradan mövqelərdə də oxşar addımlar atılır.
Həmin ərazilər Türkiyə Silahlı Qüvvələrinin 2019-cu il mayın 27-dən etibarən fəal hərbi əməliyyatlar apardığı yerləri də əhatə edir. Terrorsuz Türkiyə prosesinin ən konkret addımı iyulun 11-də İraq Kürd Regional İdarəsinin sərhədləri daxilində yerləşən Süleymaniyyə şəhərində atılıb. Türkiyənin Milli Təhlükəsizlik Təşkilatının (MİT) koordinasiyasında planlaşdırılan və diqqətlə izlənilən toplantı üçün Diyarbakırdan 150 nəfərlik qrup Şimali İraqa yola düşüb. Heyətdə Türkiyədə fəaliyyət göstərən DEM Parti müxalif partiyasının nümayəndə heyəti və bəzi qeyri-hökumət təşkilatlarının nümayəndələri də yer alıb. PKK terror təşkilatının ilk qrupu iyulun 11-də silahlarını təhvil verərək yandırıb. Tərksilah olanlar arasında PKK rəhbərlərindən biri Bese Hozat da olub. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) PKK terror təşkilatının ölkə ərazisindən tamamilə çıxmasına dair qərarına münasibət bildirib. Partiyanın sözçüsü Ömər Çelik bildirib ki, PKK-nın Türkiyə daxilindəki ünsürlərinin, eləcə də bölgədəki silahlı və qanunsuz birləşmələrin, xüsusən İraq və Suriyadakı silahlı və qanunsuz birləşmələrin dağıdılması və tərksilahın davam etdirilməsi "terrorsuz Türkiyə" prosesinin əsas gündəmidir. PKK-nın tərksilahın davam etdirilməsi "terrorsuz Türkiyə"yə nail olmaq üçün yol xəritəsinin əsas sütununu təşkil edir. Ömər Çelik vurğulayıb ki, bugünkü hadisələr, PKK-nın Türkiyədən çəkilmək qərarı və tərksilah istiqamətində yeni addımların atılacağı barədə açıqlaması ilə yanaşı, "terrorsuz Türkiyə" istiqamətindəki irəliləyişin konkret nəticələridir.
Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müdiri, tarix elmləri doktoru, siyasi şərhçi Telman Nüsrətoğlu "Şərq"ə deyib ki, Türkiyə dövləti terrorla mübarizədə böyük uğur əldə edib, bu istiqamətdə ciddi qələbələr qazanıb. Alim vurğulayıb ki, terrorçular son dönəmlər başlarını mağaralarından çölə çıxara bilmirdilər:
"Türkiyənin terrorçulara qarşı PUA-larla yeni mübarizə konsepsiyası müsbət nəticə verdi. Regionda və qlobal sistemdə dəyişən geosiyasi vəziyyət Türkiyənin nüfuzunu və təsir dairəsini getdikcə artırdı. PKK-nın silah buraxma və bölgəni tərk etmə qərarı, əslində, məcburiyyətdən irəli gəlir. Bu, Türkiyənin böyük zəfəridir. PKK-nın Türkiyədən tamamilə çıxdığını elan etməsi, hansı niyyət daşımasından asılı olmayaraq, çox önəmlidir. Türkiyə terrorla mübarizədə daha ciddi müstəviyə keçib".
T. Nüsrətoğlunun sözlərinə görə, əsas məsələlərdən biri Suriyanın şimalında yaradılmağa çalışılan "terror dövləti" layihəsi ilə bağlı İsrail və ABŞ-nin mövqeyinin necə olacağıdır:
"Görünən odur ki, İsrail və ABŞ prosesin qaçılmaz olduğunu anlayırlar. PKK, YPG və PYD qüvvələri Şam hökuməti ilə əməkdaşlığa gedərək Suriya ordusunun tərkibinə daxil olmalıdır. Əks halda, Türkiyə heç bir halda sərhədləri yaxınlığında terror dövlətinin qurulmasına icazə verməyəcək. Orada müəyyən hərəkətlənmələrin olduğu müşahidə edilir. Amma yeni geosiyasi şəraitdə uzun müddət PKK-nı dəstəkləyən ABŞ və Avropa dövlətlərinin Türkiyəyə ehtiyacı var. Avropanın təhlükəsizliyi, Rusiyaya qarşı müdafiə mövqeyi və hərbi-sənaye ehtiyacları Qərbi Türkiyə ilə daha sıx əməkdaşlığa sövq edir. Türkiyənin mövqeyi ortadadır. PKK-ya verilən dəstək dayandırılmalı, Türkiyənin milli təhlükəsizliklə bağlı tələbləri nəzərə alınmalıdır. Qardaş ölkənin xarici siyasətdə qazandığı uğurlar, ordunun əldə etdiyi nailiyyətlər və milli müdafiə sənayesindəki inkişaf bu nəticəni formalaşdırdı. PKK başqa çıxış yolunun qalmadığını anlayaraq geri çəkilməyə və Türkiyənin tələbləri ilə razılaşmağa məcbur qaldı".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm
Azərbaycan və Tacikistan Məkkə Konvensiyasını imzalayıb
18:04 28.10.2026
Gündəm
Azərbaycanda aliment artırılacaq
17:57 28.10.2026
Sosial
TRIPP Ermənistanın sülhə gedən yolunu qısaldır - ŞƏRH
17:36 28.10.2026
Cənubi Qafqaz
Azərbaycan və BƏƏ arasında “Yol Xəritəsi” imzalandı
17:20 28.10.2026
Gündəm
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
17:12 28.10.2026
Aktual
Azərbaycanda 17 min manata pişik satılır - FOTO
16:42 28.10.2026
Maraqlı
Özəl məhkəmə ekspertizasına nəzarət dəyişir - Əsas meyar açıqlanıb
16:38 28.10.2026
Aktual
Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb
16:21 28.10.2026
Hadisə
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirib
16:19 28.10.2026
Ölkə
Nazir Murat Kurum Ankara bələdiyyə başqanı Mansur Yavaşı qəbul edib
15:58 28.10.2026
Dünya
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual