“7 dövlət, bir millət” şüarı ilə hərəkət edirik
01:07 18.09.2021
Siyasət
593
Türkmənistanın Türk Şurasına tam hüquqlu üzv olması olduqca vacibdir
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) gələn ay keçiriləcək Zirvə Görüşündə sədrlik Türkiyəyə keçəcək. Bu barədə AKP sədrinin müavini Binəli Yıldırım Əhməd Yəsəvi Beynəlxalq Qazax-Türk Dövlət Universitetində 2021-2022 tədris ilinin açılış mərasimində çıxışı zamanı bildirib. Onun sözlərinə görə, növbəti Zirvə görüşündə Türkmənistan Türk Şurasına tamhüquqlu üzv olacaq. Beləliklə 6 dövlət – Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan təşkilata tamhüquqlu üzv olacaq.
Eyni zamanda, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adı dəyişdiriləcək. Qurum bundan sonra “Türk Dövlətləri Təşkilatı” olacaq. O da qeyd olunub ki, Macarıstan başda olmaqla müşahidəçi üzv olmaq istəyən 15 ölkə isə növbədə gözləyir. Xatırladaq ki, Türkmənistan Türk Şurasının müşahidəçi üzvüdür.
Türk Şurasında gözlənilən dəyişikliklə bağlı “Şərq”ə fikirlərini bölüşən siyasi şərhçi Azər Həsrət bildirib ki, türk birliyinin daha da genişləndirilməsi istiqamətində atılan bütün addımlar sevindiricidir. Ekspert vurğulayıb ki, noyabr ayının 12-si İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının növbəti Zirvə görüşü keçiriləcək və qurumun adının dəyişdirilməsi ilə bağlı qərar veriləcək:
“Ad dəyişimi ilə bağlı əvvəlcədən məlumatlıydıq. Sadəcə, rəsmilər açıqlama vermədiyinə görə tələsmirdik. Türkmənistanın birliyə tam hüquqlu üzv olması olduqca vacibdir. Digər müstəqil türk dövlətləri Şuranın üzvü olsa da, Türkmənistanın və Kuzey Kıbrıs Türk Cümhuriyyətinin kənarda qalması üzücüdür. Kuzey Kıbrısla bağlı məsələ aydındır. Bu dövlətin rəsmi tanınma problemi olduğuna görə təşkilata üzv qəbul edilməsi imkansız görünür. Türkmənistanın yanaşması isə bizi təəccübləndirirdi. Müstəqil dövlət niyə Türk Şurasından kənarda qalmalıdır?! Axır ki, Türkmənistan Şuraya üzvlüyə razılıq verdi. Hesab edirəm, Kuzey Kıbrısı da hansısa formada Türk Şurasına daxil etmək lazımdır. Əslində biz “7 dövlət, bir millət” şüarı ilə hərəkət edirik və Kuzey Kıbrıs 7 dövlətdən biridir. Müəyyən şəxslərlə söhbətimdə demişəm ki, Kuzey Kıbrıs rəhbərliyini də İstanbul Zirvəsinə qonaq qismində dəvət etmək lazımdır. Ən azından Türkiyə özü Kuzey Kıbrısı ölkə kimi tanıyır. Hələlik müstəqil türk ölkələrinin sayı 7-dir. Lakin gələcəkdə türk dövlətlərinin sayının artacağı qaçılmaz gerçəklikdir”.
A.Həsrət qeyd edib ki, Macarıstanla yanaşı, 15 dövlətin müşahidəçi statusu almaq istəyi ondan xəbər verir ki, Türk Şurası perspektivli təşkilat sayılır:
“Türk Şurasının dünyada söz sahibi olacağına inanan dövlətlərin sayı artmaqdadır. İllərdir deyirik ki, dünyanın, ən azından bizim coğrafiyanın qurtuluşunun yolu türk birliyindən keçir. Məncə, bu birliyin ortaq bayrağı, ordusu, valyutası, gömrüyü olmalıdır. Şengen ölkələri kimi sərhədlər götürülməlidir. Addım-addım buna doğru getməliyik. İstanbul Zirvə görüşündə bu istiqamətdə önəmli qərarlar olacağını düşünürük. Xeyli vaxtdır uğrunda çalışdığımız birlik reallaşmaqdadır. Biz bu birliyin faydasını 44 günlük Vətən savaşında, Türkiyə-Azərbaycan qardaşlığında gördük”.
İsmayıl Qocayev
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Termoslar kor edir? - Xəbərdarlıq
06:54 05.05.2026
Sağlamlıq
Kanyenin qızının ilk albomu!
05:35 05.05.2026
Şou
Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi
05:00 05.05.2026
Maraqlı
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil