ABB-dən təkzib: Mansur Yavaş Kılıçdaroğluna zəng etməyib

Ankara Böyükşəhər Bələdiyyəsi (ABB) bələdiyyə sədri Mansur Yavaşın Qurban bayramının dördüncü günü Kamal Kılıçdaroğlu ilə telefon danışığı apardığı barədə iddiaları təkzib edib.

Sherg.az xəbər verir ki, ABB-nin yaydığı açıqlamada bildirilib ki, Güvənparkda keçirilən bayram tədbirindən sonra Mansur Yavaşla Kamal Kılıçdaroğlu arasında heç bir telefon danışığı olmayıb.

Bələdiyyə bəyan edib ki, mətbuatda yer alan bu iddiaların hamısı əsassızdır. Açıqlamada qeyd olunub ki, məsələ ilə bağlı rəsmi quruma müraciət olunsaydı, belə bir danışığın baş vermədiyi barədə məlumat verilərdi.

Qeyd edək ki, bəzi media orqanlarında Mansur Yavaşın Kılıçdaroğluna zəng edərək CHP daxilindəki proseslərlə bağlı mövqeyini çatdırdığı iddia olunmuşdu. ABB isə bu məlumatların həqiqəti əks etdirmədiyini vurğulayıb.