ABŞ-ın vasitəçi olmasına Rusiya imkan verməz
21:21 29.09.2021
Siyasət
675
Azərbaycanla Ermənistan arasında kommunikasiyaların açılmasında birbaşa vasitəçi Kremldir
"ABŞ hər iki ölkədə liderlərin sülh, əmin-amanlıq və davamlı təhlükəsizlik haqqında razılığa gəlməsi məqsədi ilə əlverişli mühit yaratmaq üçün Bakı və İrəvanla münasibətdə öz nüfuzundan istifadə etməlidir". Bunu "Xəzər Siyasət Mərkəzi"nin Məşvərət Şurasının üzvü, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta "Amerika Azərbaycanla Ermənistan arasındakı qeyri-sabit sülhü möhkəmləndirə bilər" adlı məqaləsində bildirib. Sabiq səfir qeyd edib ki, ABŞ iki ölkədə və Cənubi Qafqazda yeni nəqliyyat və kommunikasiya qovşaqlarının açılması üçün Azərbaycan və Ermənistanla müştərək çalışmalıdır:
"Bu səylər biznes imkanlarının yaradılmasına, iqtisadi inkişafa, ermənilərin və azərbaycanlıların rifah halının yaxşılaşmasına şərait yaradacaq. Bu, nəqliyyat və kommunikasiya qovşaqları, Dağlıq Qarabağ münaqişəsi səbəbindən Azərbaycan və Türkiyədən təcrid edilmiş Ermənistan üçün daha zəruri olacaq. Bu layihələr Çinin Kəmər və Yol Təşəbbüsünə cavab olaraq, Qafqazı və Mərkəzi Asiyanı stimullaşdıracaq. Qeyd etmək lazımdır ki, ABŞ-ın bu əməliyyatlarından heç biri üçün irihəcmli xərclər və ya resurslar tələb edilmir. Bunun üçün yalnız azacıq təşəbbüs və səy tələb olunur". Maraqlıdır, ABŞ kommunikasiyaların açılmasında vasitəçilik edə bilərmi? Bu, nə dərəcədə səmərəlidir?
Mövzu ilə bağlı "Şərq"ə açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Azərbaycanla Ermənistan arasında kommunikasiyaların açılmasında ilk növbədə vasitəçilik rolunu Rusiya tərəfi tutur. Politoloq hesab edir ki, bu məsələdə ABŞ-ın ciddi şəkildə vasitəçi olmasına Rusiya imkan verməyəcək:
"Ümumiyyətlə, ABŞ-ın vasitəçiliyi hər hansı bir səmərə verməyəcək. Çünki ilk növbədə bu məsələdə Ermənistan və Rusiya maraqlı olmalıdır ki, birgə razılaşmalara əməl edilsin. Əgər Amerika prosesə qatılacaqsa, o zaman Rusiya ilə geometral ziddiyyətlər baş verəcək və proses yerində davam edəcək. Ona görə də düşünürəm ki, iqtisadi kommunikasiyaların açılması reallaşa bilər. Burada üçüncü və dördüncü ölkələrə ehtiyac yoxdur. Bu, ikitərəfli danışıqlar və Rusiyanın vasitəçiliyi ilə həyata keçirilməlidir. Və Azərbaycan bunu Rusiyadan tələb etməlidir".
Aynurə
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media