
ABŞ İrana müdaxilə edəcəkmi? - RƏY
00:56 31.01.2024
Siyasət
620
Lakin hər iki ölkənin Yaxın Şərqdə eskalasiyanı artıracaq addımları qarşılıqlı şəkildə atmağa davam edəcəyi gözləntisi var
İordaniyadakı Amerika hərbi bazasına hücum və hərbçilərin ölümü ilə bağlı Ağ Evdə keçirilən iclasdan sonra Prezident Co Bayden komandasının üzvləri ilə fotosunu dərc edib. ABŞ Prezidenti paylaşımında qeyd edib ki, milli təhlükəsizlik komandasının üzvləri əməliyyat otağında İordaniyanın şimal-şərqində ABŞ hərbçilərinə hücumla bağlı məlumat veriblər: "Biz seçdiyimiz vaxtda və istədiyimiz vasitələrlə bütün günahkarları məsuliyyətə cəlb edəcəyik”. “Blumberq” isə yazıb ki, Amerika administrasiyası İrana qarşı gizli hərbi əməliyyat keçirməyi planlaşdırır. Qeyd edək ki, 28 yanvarda ABŞ-nin İordaniyadakı bazasına PUA hücumu nəticəsində 3 amerikalı əsgər ölüb, 34 hərbçi yaralanıb. Hücumun məsuliyyətini İraqdakı İrana bağlı “Ən-Nücəba” qruplaşması öz üzərinə götürüb.
Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a açıqlamasında deyib ki, İranın İordaniyada ABŞ hərbi bazasına hərbçilərin ölümü ilə nəticələnən hücumunda müəmmalar var. Ekspertin fikrincə, Amerika mediasında Yaxın Şərqdəki hərbi bazalara son bir neçə ayda 100-dən çox hücumun edildiyinə dair statistika mövcuddur:

"Bu hücumların heç birində amerikalı əsgərlər həlak olmayıb, yaxud ağır yaralanmayıb. Hətta bazalara ciddi ziyan dəyməyib. Maraqlıdır, bir dronla edildiyi deyilən hücumda 3 hərbçi ölür, onlarla hərbçi yaralanır. ABŞ-də dünənə qədər siyasi gündəm Texas ştatında yerli hakimiyyətin Meksika ilə sərhəd məsələsinə görə mərkəzi hakimiyyətə “üsyan bayrağı” qaldırması, “Texit”in yenidən aktuallaşmasıdır. Respublikaçılar buna görə Bayden Administrasiyasını hədəf taxtasına çıxarıb və demokratlar seçkiöncəsi çətin vəziyyətə düşüb. İranın hücumu ilə Texas üsyanı arxa plana keçdi. Hətta respublikaçılar belə Yaxın Şərqdə ABŞ təhlükəsizliyinə təhdidlərdən danışır. Tehrana hərbi müdaxilədən bəhs edirlər. Bu məqamlar hücumun arxasında siyasi planların dayandığına dair ehtimalları önə çıxarır. Amerikalı hərbçilərin ölümünün Vaşinqton üçün sərfəli tərəfləri var. Birincisi, ABŞ daxilində siyasi gündəmi dəyişmək, ikincisi isə Amerika ordusunun Yaxın Şərqdə mövcudluğunu əsaslandırmaqdır".
Analitik vurğulayıb ki, son bir neçə ayda yüzlərlə hücumdan zərər görməyən amerikalı hərbçilərin dron hücumu ilə ölməsi və yaralanması bu kontekstdə şübhələrə yol açır: "Burada əsas məqamlardan biri də amerilakı hərbçilərin ölümünün ABŞ ordusunun Yaxın Şərqdən tədricən çəkilməsi məsələsinin gündəmdə olduğu vaxt baş verməsidir. Vaşinqton İraqdakı hərbçilərin sayının azaldılması və tədricən çıxarmağı Bağdadla müzakirə edir. ABŞ mediası (“Politico”, “Foreign Policy”) Baydenin qüvvələri Suriyadan da çıxarmaq istəyindən yazır. Bu informasiyalar fonunda amerikalı hərbçilərin ölümü ilə nəticələnən, ümumiyyətlə son aylar İrandan qaynaqlanan yüzlərlə hücum ABŞ ordusunun bölgədə missiyasının əhəmiyyətini önə çıxarmış oldu. Amerikalı hərbçilərin ölümündən sonra Vaşinqtonun siyasi gündəmində “qisas” çağırışlarının alovlanması daxili ictimai rəyi də Yaxın Şərqdə mövcudluğun vacibliyinə yönəldir. Beləliklə, Bayden Administrasiyası həm Texas gündəmini dəyişir, həm “Yaxın Şərqdə hərbi missiyanın” vacibliyini region ölkələrinə və Amerika cəmiyyətinə nümayiş etdirir. Bu prosesdə Vaşinqtona yaxından “dəstək” verən ölkənin İran olduğu görünür. İraqa, Suriyaya, Pakistana hücumun ardınca İordaniyaya da edilən hücumda İranın hədəfi “müqavimət oxu”nu gücləndirmək, “qisas” planlarını icra etməkdir. Eyni zamanda bununla amerikalılara “əlcək atır”. Bu baxımdan, ABŞ-nin İrana müdaxilə etməyəcəyi ehtimalı, edəcəyi ehtimalından çox yüksəkdir. Lakin ABŞ və İranın Yaxın Şərqdə eskalasiyanı artıracaq addımları qarşılıqlı şəkildə artmağa davam edəcəyi gözləntisi var".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Masazırda “Mercedes Vito” yanıb
20:23 09.10.2026
Hadisə
Naxçıvanda suyun verilişində fasilə yaranacaq
20:15 09.10.2026
Cəmiyyət
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
19:50 09.10.2026
Hadisə
Montella Türkiyə millisindən göndərilib
19:42 09.10.2026
Futbol
Çin ABŞ-ni hədələdi
19:26 09.10.2026
Dünya
Rubio müttəfiqləri BCM-ə qarşı ABŞ-ın yanında olmağa çağırıb
19:12 09.10.2026
Dünya
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq edir
18:53 09.10.2026
Dünya
Ukrayna Rusiya hava məkanını bağlamağa başladığını elan edib
18:50 09.10.2026
Dünya
Latviya XİN rəhbəri Azərbaycan səfiri ilə görüşüb
18:35 09.10.2026
Gündəm
Ölkədə 163 uşaq ölü doğulub - RƏSMİ
18:01 09.10.2026
Cəmiyyət
Xəzəri xilas etməyin yolu var - Hidroloq 3 əsas səbəbi açıqladı
17:53 09.10.2026
Ekologiya
Ararat Mirzoyan Hakan Fidanla telefon danışığı aparıb
17:40 09.10.2026
Gündəm
Akif Aşırlı: "Biz şəriət dövləti istəmirik”
17:36 09.10.2026
Gündəm
Azərbaycan Mərkəzi Asiya ilə yeni güc xətti qurur - ŞƏRH
17:18 09.10.2026
Gündəm